İran Həcc ziyarətindən imtina etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-01-2016, 18:53 | Şərh sayı: (0) | Baxılıb: 310
İran Həcc ziyarətindən imtina etdi
İran Səudiyyə Ərəbistanından ölkəyə bütün növ məhsulların idxalının qadağan olunması barədə qərar qəbul edib.
Aznews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran höküməti qərar qəbul edib. Bundan əlavə, İran tərəfi Ümrə və Həcc ziyarətlərinin də dayandırılması barədə qərar çıxarıb.
İqtisadçılar isə İranın bu qərarının Rəsmi Ər-Riyada böyük itkilər verəcəyini düşünür.
"Forbes"in məlumatına görə, buna səbəb iranlıların Məkkədə zəvvarlıqdan birdəfəlik imtina etmək ehtimalıdır. Məlum olduğu kimi, hər il Səudiyyə Ərəbistanına Həcc ziyarətinə təxminən 100 min iranlı gedir. Bundan əlavə, daha 500 min iranlı kiçik Həcc (Ümrə) ziyarəti həyata keçirirlər. Bundan əlavə, ölkəyə gələn zəvvarların təxminən 5 faizini iranlılar təşkil edir.
Rəsmi məlumatlara əsasən, təkcə 2014-ci ildə Həcc və Ümrə ziyarətləri Ər-Riyad xəzinəsinə 18,6 milyard dollar xeyir gətirib. Səudiyyə iqtisadçılarının hesablamalarına görə, hər bir xarici zəvvar öz səfəri zamanı təxminən 5 min dollar pul xərcləyir. Belə olan halda, iranlıların Həcc ziyarətindən imtina etmələri Səudiyyə Ərəbistanını 3 milyard dollarlıq gəlirdən məhrum edə bilər.
Onu da bildirək ki, səfirliklərin bağlanmasından sonra iranlıların Səudiyyə Ərəbistanına hansı yolla viza alacaqları məsələsi isə açıq olaraq qalır.
Xatırladaq ki, İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin korlanmasına səbəb Səudiyyə Ərəbistanında şiə ilahiyyatçısı Nimr ən-Nimrin edam edilməsi olub. Səudiyyə Ərəbistanı edam edilmə barədə qərar qəbul edilərkən dini ayrı-seçkiliyin olunmadığını, haqlı hökm çıxarıldığını bildirsə də, İran tərəfi bu əməli cinayət adlandırıb. Ardınca iranlı etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum ediblər. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr krallığın İranla diplomatik münasibətləri kəsdiyini bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər