Ərəb koalisiyası İranın Yəməndəki səfirliyinə hücum ittihamlarını təkzib edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 10:55 | Şərh sayı: (0) | Baxılıb: 241
Ərəb koalisiyası İranın Yəməndəki səfirliyinə hücum ittihamlarını təkzib edib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası İranın Yəməndəki səfirliyinə hücum olunduğu barədə ittihamları təkzib edib.
“Aparılmış araşdırma bu məlumatların yalan olduğunu və səfirliyin yerləşdiyi rayonda hər-hansı əməliyyatın keçirilmədiyini müəyyən edib”, deyə koalisiyanın məlumatında bildirilir.
Qeyd edək ki, ötən gün İran hökuməti Səudiyyə Ərəbistanını Yəmənin paytaxtı Sana şəhərindəki İran səfirliyinin binasını bombalamaqda ittiham edib.
İRİB-in məlumatına görə, Səudiyyə aviasiyasının zərbələri nəticəsində İran səfirliyinin mühafizə xidmətinin bir neçə əməkdaşı yaralanıb. “Səudiyyə Ərəbistanı səfirlik binasına vurulan zərərə və bir neçə əməkdaşın xəsarət almasına görə məsuliyyət daşıyır”, - deyə İran XİN-in rəsmi nümayəndəsi Hüseyn Baber Ənsari bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər