İran parlamenti XİN-i Ər Riyadla əlaqələri kəsməyə çağırıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-01-2016, 09:29 | Şərh sayı: (0) | Baxılıb: 282
İran parlamenti XİN-i Ər Riyadla əlaqələri kəsməyə çağırıb
İran Məclisi (parlamenti) şiə din xadimi Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam olunması ilə əlaqədar Xarici İşlər Nazirliyini Ər Riyadla diplomatik münasibətlərin səviyyəsini aşağı salmağa çağırıb. APA-nın IRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Məclisin Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Hüseyn Subhanini bildirib.
“Məclisin Təhlükəsizlik və Xarici Siyasət Komissiyası İran Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmağa çağırıb. Komissiya həmçinin Ər Riyadın Tehrandakı səfirliyinin əməkdaşlarının sayının azaldılmasını təklif edib”, deyə Hüseyn Subhanini bildirib.
Bundan əvvəl İran XİN-i Səudiyyə Ərəbistanının Tehrandakı işlər müvəkkilini çağıraraq şiə din xadimi Nimr ən-Nimrin edam olunması ilə əlaqədar etirazını bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər