Rusiya Duması erməniləri sevindirə bilməyəcək, çünki... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 14:49 | Şərh sayı: (0) | Baxılıb: 226
Rusiya Duması erməniləri sevindirə bilməyəcək, çünki...
Rusiyada bir qrup deputatın Dövlət Dumasına saxta erməni "soyqırım"ını tanımayanların cəzalandırılması ilə bağlı təklifi hər keçən gün aktuallığını artırır. Buna səbəb Rusiya-Türkiyə münasibətlərində yaranan gərginliyinin davam etməsidir.
Bu təklifin irəli sürülməsinə səbəb Türkiyə ilə başlayan məlum qarşıdurma oldu. Rusiya bu addımı ilə qardaş ölkəyə qarşı təzyiq mexanizmlərindən birini işə salıb. Doğrudur, təklif hələ də müzakirəyə çıxarılmayıb. Amma gərginlik davam edərsə, yaxın günlərdə təklifin müzakirə olunacağı və qəbul ediləcəyini indidən proqnozlaşdırmaq olar.
Bəzi ekspertlər hesab edirlər ki, təklifi keçərsə, Rusiyanın Azərbaycanla da münasibətlərinə ciddi təsir edəcək. Bu amili nəzərə alaraq təklifin keçməyəcəyini ehtimal edənlər də az deyil.
Qeyd edək ki, "Ədalətli Rusiya" partiyasının üzvləri olan deputatların Dövlət Dumasına müraciətlərində kifayət qədər ciddi cəza tədbirlərinin görülməsi nəzərdə tutulur. Partiya üzvləri "soyqırım"ı inkar edənləri 5 il müddətinə azadlıqdan məhrum etməyi, yaxud onları 500 min rubl (8 min 50 manat) məbləğində cərimələməyi istəyirlər.
"Soyqırım"ı faktını inkar etməyə, eyni zamanda "bu cinayətlərin" təqdir edilməsinə görə 300 min rubl (4 min 830 manat) və ya 2 il ərzində əməkhaqqı dəyərində cərimələməklə, yaxud 3 il müddətinə azadlıqdan məhrum etməklə cəzalandırmaq təklif edilir. Əgər bu, kütləvi informasiya vasitələrinin köməyi ilə edilibsə, cəriməni, ən yüksək həddini 500 min rubla (8 min 50 manat) qədər artırmağın mümkün olduğu bildirilib. Belə olan halda azadlıqdan məhrum olma müddəti isə 5 ilə qədər artırıla bilər.
Lakin Elçibəy hakimiyyəti dövründə Azərbaycanının Rusiyada səfiri işləmiş Hikmət Hacızadə hesab edir ki, rus deputatlarının Dumaya təsirləri yoxdur: "Burada söhbət oradakı ovqatdan gedir. Əgər təklif qəbul olunarsa, proses davam edəcək. Təklif hələ ki, müzakirə olunmur. Görünür onu müzakirə etməyə bir o qədər də meylli deyillər. Eyni zamanda bildirirəm ki, belə təkliflər digər ölkələrdə də qəbul olunub. Avropa Məhkəməsi belə qanunları qəbul etməmişdi. Məhkəmə Fransa və İsveçrədəki bu qanunları ləğv elədi. Rus qanunu qəbul olunsa belə, eyni tale onu gözləyir. Mənasız təklif hesab edirəm. Bu deputatların baş verənlərdən xəbərləri yoxdur".
H.Hacızadə Rusiya-Türkiyə münasibətlərində yaşanan gərginlik davam edərsə, təklifin qəbul olunması ehtimallarından da danışdı: "Ola bilsin ki, hər iki ölkə arasındakı gərginlik davam edərsə, sonunda bu təklif qəbul olunsun. Ancaq təklif qanuni qüvvəyə minməyəcək. Çünki beynəlxalq hüquq bu halları qəbul etmir. Avropa Məhkəməsi bu qanunları qeyri-qanuni hesab edib".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər