Moskva Ankaraya yeni zərbə HAZIRLAYIR |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-11-2015, 22:48 | Şərh sayı: (0) | Baxılıb: 290
Moskva Ankaraya yeni zərbə HAZIRLAYIR
Rusiyanın Su-24 təyyarəsinin Türkiyənin F-16 qırıcıları tərəfindən vurulmasından sonra Moskva və Ankara arasında yaranmış gərginlik sürətlə artır.
Rəsmi Moskva sanki Ankaradan qisas alırmış kimi qondarma "erməni soyqırım"ının inkarının cinayət sayılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə hazırlaşır.
Ixlas.Az RİA Novosti-yə istinadən bildirir ki, "Ədalətli Rusiya" Partiyasının sədri Sergey Mironov sözügedən qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Partiyasının Dumadakı fraksiyasının rəhbəri S.Mironov Twitter-dəki profilində yazıb: "1915-ci ildə Osmanlı Türkiyəsində erməni soyqırımı faktının danılmasına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini elə indicə Dumaya təqdim etdik. Fransa təki belə qanunu qəbul edəcəyik. Öz tarixini unudanlara, günahsız insanları qətl edənlərə bu, yaxşı soyuq duş olacaq".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər