"Ermənistanda hakimiyyət uğrunda mübarizə başlayıb" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-10-2015, 11:42 | Şərh sayı: (0) | Baxılıb: 381
"Ermənistanda hakimiyyət uğrunda mübarizə başlayıb"
Ermənistanda hakimiyyət uğrunda mübarizə hər şeyi üstələyib. Dağlıq Qarabağ problemi, hərbi gərginlik, ağır iqtisadi durum, artan narazılıq arxa plana keçirilib.
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, Ermənistan müdafiə naziri Seyran Ohanyanın ailəsi barədə açıqlanan məlumatlar onu şəxsiyyət kimi nüfuzdan saldı və hakimiyyət uğrunda mübarizəyə qatılmaq imkanını xeyli azaltdı:
"Hərbi insidentlərdə ordunun zəif görünməsi onun siyasi karyerasını bitirə bilər. "Koçaryanamaniya"nın başlanması da hakimiyyət uğruna mübarizənin əlamətidir. Eks-prezident Robert Koçaryan aktivləşir. Prezident Serj Sərkisyanın buraxdığı səhvlər R.Koçaryanın reytinqini artırır. Bu isə hakim komandada R.Koçaryana qarşı ittihamların artmasına, müxalifətçilərin R.Koçaryan tərəfindən maliyyələşdirilməsi fikirlərinin yayılmasına şərait yaradır. İndiki prezident S.Sərkisyanla eks-prezident R.Koçaryanın münasibətləri gərgindir. Hətta S.Sərkisyan onu ad günü münasibətilə təbrik etmədi".
Politoloqun sözlərinə görə, Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan konstitusiya islahatlarından sonra parlament seçkilərində iştiraka hazırlaşır.
"Ehtimal ki, Rusiya onun vasitəsilə Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışacaqdır. Ovik Abramyan Ermənistan parlamentinin eks-spikeri, Təhlükəsizlik şurasının keçmiş katibi, "Orinats Yerkir" (Qanunlar ölkəsi) partiasının sədri A.Baqdasaryanla əməkdaşlıq edərək hakimiyyətə gəlməyin sxemini hazırlayıb. Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan baş nazir (yeni konstitutsiyada əsas vəzifə), "Orinats Yerkir" (Qanunlar ölkəsi) partiasının sədri A.Baqdasaryan prezident olacaqdır".
M.Əhmədoğlu bildirib ki, A.Abramyan Ermənistanda hakimiyyət uğrunda mübarizəyə qatlıacağını təsdiqlədi:
"O, ayrıca partiya yaratmağı planlaşdırır. Hakimiyyət uğrunda mübarizədə əsas favorit Baş nazir Ovik Abramyandır. O.Abramyanın ən əsas aləti rus rublunun AİB məkanı, o cümlədən Ermənistan üçün vahid valyuta kimi görməklə bağlı təklif irəli sürməsidir. Məqsəd hakimiyyət uğrunda mübarizədə mövqeyini möhkəmlətməkdir. O.Abramyan başa düşür ki, Ermənistanda hakimiyyətin mənbəyi Rusiyadır. Eləcə də o, bilir ki, Ermənistanda iqtisadiyyat real deyil, mifikdir. Bu səbəbdən də rus rublu ilə bağlı təklif irəli sürməklə ölkəsini Rusiyanın təsiri altına tam keçirməyə hazır olduğunu nümayiş etdirdi. O.Abramyanın hakimiyyət uğrunda mübarizədə digər uğuru qohumu Q.Sarukyanı prezident S.Sərkisyanın məngənəsindən çıxarmasındadır. O.Abramyanın hakimiyyət uğrunda mübarizə istiqamətində səsləndirdiyi iqtisadi artım rəqəmləri və rus rublunun vahid valyuta kimi istifadəsi ilə bağlı fikirləri Ermənistanda tədricən özünə dəstək tapmağa başlayıb. Bəzi ekspertlər Ermənistanın iqtisadi inkişaf tempini ikirəqəmli ola biləcəyini mümkün hesab edirlər. Eləcə də rus rublunun vahid valyuta kimi qəbul edilməsinin Ermənistan iqtisadiyyatı üçün faydalı hesab edirlər".
M.Əhmədoğlu vurğulayıb ki, baş verənlərə Dağlıq Qarabağ münaqişəsi kontekstindən yanaşmaq strateji nəticələr çıxarmağa əsas yaradır: erməni təhtəlşüuru Dağlıq Qarabağı erməninki hesab etmir.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər