Ərdoğan: "Türkiyə Rusiya ilə münasibətlərində ciddi insidentin baş verməsini istəmirdi" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-11-2015, 13:51 | Şərh sayı: (0) | Baxılıb: 797
Ərdoğan: "Türkiyə Rusiya ilə münasibətlərində ciddi insidentin baş verməsini istəmirdi"
Türkiyə Rusiya ilə münasibətlərinin korlanmasında maraqlı deyil. APA-nın "TASS"-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın "France 24" telekanalına müsahibəsində bildirib.
"Türkiyə Rusiya ilə münasibətlərində gərginliyin yaranmasında maraqlı deyil. Bizim ölkələrimiz arasında yüksək səviyyəli məşvərət şurası fəaliyyət göstərir, bizim aramızda inkişaf etmiş iqtisadi münasibətlər mövcuddur. Biz Rusiya kimi ölkə ilə münasibətlərdə gərginliyin yaranmasında maraqlı deyilik", deyə Ərdoğan qeyd edib.
"Türkiyə insidentin baş verməsini qətiyyən arzulamırdı, lakin, təəssüf ki, o baş verdi. Lakin biz onu gərginliyin mənbəyi kimi qiymətləndirmirik. Bizim ölkələr bir-birinin əlini sıxaraq əməkdaşlığı davam etdirməlidir", deyə Türkiyə prezidenti qeyd edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər