Rusiya-Türkiyə sammiti ləğv olundu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 09:16 | Şərh sayı: (0) | Baxılıb: 306
Rusiya-Türkiyə sammiti ləğv olundu
Dekabrda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə sammitinin ləğv olunması barədə qərar qəbul edilib.
Ixlas.Az APA-ya istinadən bildirir ki, bu barədə "Kommersant" qəzeti Kremlə yaxın mənbələrə istinadən yazıb.
"Rusiya hökuməti sammitin ləğvi barədə qərara gəlib", məlumatda bildirilir.
Qeyd edək ki, noyabrın 24-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya-Türkiyə sammitinin ləğv olunması məsələsi gündəmdə olmasa da, tədbirin keçirilməsi bir sıra amillərdən asılı olacaq. Türkiyə prezident administrasiyasının nümayəndəsi isə, öz növbəsində, R.T.Ərdoğanın sammitdə iştirakı perspektivlərinin qeyri-müəyyənliyini vurğulamışdı.
Qeyd edək ki, dekabrın 15-də Peterburqda yüksək səviyyədə Rusiya-Türkiyə dövlətlərarası komissiyanın iclasının keçiriləcəyi planlaşdırılırdı. Bu barədə Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan Antalyada G20 sammitində razılığa gəlmişdilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər