Azərbaycan və Ermənistana yeni mexanizm qəbul etmək təklif edildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-09-2015, 09:44 | Şərh sayı: (0) | Baxılıb: 525
Azərbaycan və Ermənistana yeni mexanizm qəbul etmək təklif edildi
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriu (Fransa) Azərbaycanı və Ermənistanı atəşkəs rejiminin pozulmasının araşdırılması üçün mexanizm qəbul etməyə çağırdı.
Trend ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bunula bağlı məsələ Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyanla keçirilən görüşdə müzakirə edilib.
Həmsədrlər nazirlər ilə birgə təmas xəttindəki vəziyyəti müzakirə ediblər.
Nazirlər bu ilin sonunadək keçirilməsi planlaşdırılan prezidentlərin növbəti görüşünə hazırlıq işlərini həmsədrlərlə davam etdirmək barədə razılıq əldə ediblər.
Həmsədrlər, həmçinin son sutka ərzində itkilərə gətirib çıxaran artilleriya tətbiqini pisləyiblər.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər