Almaniya Rusiyadan imtina etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-12-2015, 20:02 | Şərh sayı: (0) | Baxılıb: 253
Almaniya Rusiyadan imtina etdi
"Almaniyanın Suriyada terrorçu İŞİD-ə qarşı mübarizədə Rusiya ilə hərbi blok yaratması mümkün deyil".
Report TASS-a istinadən xəbər verir ki, bunu Almaniya hökuməti adminstrasiyasının başçısı Peter Altmayer deyib.
"Düzdür, biz Suriyadakı böhranın siyasi yolla həllinə dair Vyanada Rusiya ilə bir masa arxasında otururuq. Ancaq dəqiq deyə bilərəm ki, İŞİD-ə qarşı mübarizədə Rusiya ilə eyni hərbi alyansa daxil olmayacağıq", - o, vurğulayıb.
Qeyd edək ki, ötən gün Almaniya parlamenti (Bundestaq) hökumətin Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşulması haqda qərarını təsdiqləyib.
Məlumata görə, Almaniya ordusu 2016-cı il dekabrın 31-dək İŞİD-ə qarşı koalisiyada iştirak edəcək. Hökumət bunun üçün 134 milyon avro maliyyə vəsaiti ayırıb.
Almaniya Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşularaq, bölgəyə "Tornado" adlı kəşfiyyatçı təyyarə, hərbi gəmi və 1200-ə yaxın əsgər göndərəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər