Yeni müharibə başlanır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-10-2015, 15:42 | Şərh sayı: (0) | Baxılıb: 407
Yeni müharibə başlanır?
ABŞ və onun başçılıq etdiyi antiterror koalisiyasındakı ölkələr birgə bəyanatla çıxış edərək Rusiyanı Suriyada "müxalifət mövqelərini və dinc insanları bombalamaqdan əl çəkərək bütün diqqəti İŞİD-lə mübarizəyə yönəltməyə" çağırıb.
Milli.Az Türkiyə XİN-nin saytına istinadən bildirir ki, sənədi ABŞ, Britaniya, Fransa, Türkiyə, Qətər, Almaniya və Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirlikləri razılaşdırıblar.
"Rusiyanın Suriyadakı münaqişəyə müdaxiləsindən, xüsusilə də Rusiya HHQ-nin təyyarələrinin Hama, Homs və İdlib bölgələrindəki zərbələrindən ciddi narahatlığımızı bildiririk. Koalisiya üzvləri hesab edirlər ki, belə əməllər münaqişənin daha da alovlanmasına, Suriyada ekstremizm və radikallaşmanın güclənməsinə səbəb ola bilər", - bəyanatda deyilir.
Dünən Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest də analoji bəyanatla çıxış etmişdi.
ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin sədri, senator Con Makkeynin dediyinə görə, Rusiyanın təyyarələri İŞİD terrorçularını yox, Suriyadakı müxalifətçiləri hədəfə alıblar.
Belədə Rusiya təyyarələrinin və hərbçilərinin özlərinin hədəfə çevrilə biləcəklərini istisna etməyən ekspertlər Suriyada Qərblə Rusiya arasındakı qarşıdurmanın bütün bölgədə "partlayış" yarada biləcəyini vurğulayırlar.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər