Rusiyadan şok açıqlama: "Ərdoğanla ailəsi İŞİD-dən..." |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-12-2015, 00:20 | Şərh sayı: (0) | Baxılıb: 272
Rusiyadan şok açıqlama: "Ərdoğanla ailəsi İŞİD-dən..."
Ixlas.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu qalmaqallı bəyanat Rusiya Müdafiə Nazirliyinin bu dəqiqələrdə keçirilən "Beynəlxalq terrorizmlə mübarizədə Rusiya Federasiyasının Silahlı Qüvvələri. Yeni faktlar" adlı brifinqində səsləndirilib:
Rusiya Müdafiə Nazirliyi, həmçinin bəyan edib ki, Türkiyə elitası sənaye miqyasında Suriya neftini oğurlamaqla məşğuldur:
"Türkiyə prezidenti Ərdoğan və onun ailəsi İŞİD tərəfindən ələ keçirilən Suriya yataqlarından qanunsuz neft əldə edir".
Nazirlik, həmçinin Rusiyanın İŞİD-in Suriyadan Türkiyəyə neft daşıdığı üç marşrut xətti ilə bağlı məlumatlı olduğunu açıqlayıb:
"Suriya-Türkiyə sərhədini keçdikdən sonra İŞİD neftilə doldurulan yük maşınları limana gedir və emal olunmaq üçün üçüncü ölkəyə göndərilir.
Rusiya MN-nin İŞİD döyüşçülərinin Suriyada yanacaq daşıyan yük maşınlarının mövcudluğuna dair informasiyası qurumun rəsmi saytında açıq şəkildə yerləşdiriləcək
İŞİD nefti daşıyan maşınlar maneəsiz olaraq Türkiyə və İraq sərhədini keçir. Son həftədə Türkiyədən Suriyaya 2 mindən çox döyüşçü, 120 tondan çox sursat və 250 müxtəlif tipli avomobillər daxil olub.
İŞİD terrorçularının satdığı neft nəinki Türkiyə rəhbərliyinin zənginləşməsinə səbəb olur, həmçinin Suriyaya silah və döyüşçü səviyyəsində qayıdır"
"Biz Ərdoğanın sözünün dəyərini bilirik. Onun yalanını artıq bir dəfə türk jurnalistlər Türkiyənin humanitar yardım adı altında döyüşçülərə silah göndərdiyi zaman tutublar. Elə buna görə də həmin jurnalistləri həbs etdilər. Rəhbərlik, xüsusən də cənab Ərdoğan hətta özü oğurluq neftə bulansa belə, istefaya getməyəcək", - deyə Rusiya Müdafiə nazirinin müavini Antonov açıqlayıb.
----------
Rəsmi Moskva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla və onun ailəsini İŞİD terror təşkilatının Suriyada ələ keçirdiyi ərazilərdən neft məhsulları alışlarında əli olmaqda suçlayıb.
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov bu gün Moskvada keçirdiyi brifinqdə deyib.
"İŞİD-in qəsb etdiyi neftin əsas alıcısı Türkiyədir. Bu cinayətkar biznesdə ölkənin ali rəhbərliyi -prezident Ərdoğan və onun ailəsi iştirak edirlər", - Antonov deyib.
Brifinqdə daha sonra bildirilib ki, bu məlumatlar peyk çəkilişləri, informasiyalar və kəşfiyyat məlumatları ilə təsdiqlənir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər