"Terror aktları Avropanın miqrant siyasəti ilə də bağlıdır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-11-2015, 11:59 | Şərh sayı: (0) | Baxılıb: 476
"Terror aktları Avropanın miqrant siyasəti ilə də bağlıdır"
İŞİD belə bir miqyasda terror aktları törədib və bunu açıq şəkildə öz üzərinə götürüb etiraf edirsə, burada onu kənar qüvvələrin təhrik etməsindən söhbət gedə bilməz. Çünki bu, ciddi hazırlanmış, planlı aksiyadır. Onlar hətta tədbirlərin harada və saat neçədə keçiriləcəyinə qədər hər şeyi ölçüb-biçib, hesablayıblar.
Bunu Parisdə törədilən silsilə terror aktları ilə bağlı Milli.Az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq Arzu Nağıyev deyib.
A.Nağıyev terror aktlarının İŞİD-lə mübarizə aparan digər dövlətlərə qarşı güc göstəricisi olduğunu da istisna etməyib: "Sabah İstanbulda G-20 sammitinin açılışı keçiriləcək. Fransadakı terror aktlarını bununla da əlaqələndirmək olar. Yəni dini radikalizm təhdid kimi yenə də öz qüvvəsində qalır. Burada təhlükəsizlik qüvvələrinin zəifliyi ilə yanaşı qeyd etmək lazımdır ki, terrorçular elə hədəflər seçiblər ki, orada Fransa prezidenti də iştirak etsin. Terror aktlarının Fransa ilə Almaniya milli komandalarının futbol oyunu, eyni zamanda ABŞ-dan olan musiqiçilərin keçirdiyi konsert zallarında, yəni Fransa ilə yanaşı, ABŞ və Almaniyanın da aidiyyətinin olduğu məkanlarda törədilməsi bir çağırışdır. İŞİD bununla bildirir ki, həmişə bu ölkələrlə mübarizə aparacaq, eyni zamanda sizə qarşı dini təhdid həmişə qalacaq. Yəni bunlar təsadüfi seçilməyib".
Ekspertin fikrimcə, bu hadisə həm də Fransanın miqrant siyasəti ilə də bağlıdır: "Çünki Fransa qaçqın və köçkünlərlə bağlı öz miqrant siyasətini dəyişmişdi. Almaniya da bir müddət əvvəl başqa cür deyirdi, indi başqa cür davranır. Ona görə də bu terror aktları mütləq şəkildə Avropanın miqrant siyasəti ilə də əlaqəlidir".
Qeyd edək ki, noyabrın 13-də axşam Fransanın paytaxtı Parisin 7 ayrı-ayrı yerində terror aktları törədilib. Hadisələr nəticəsində 150 nəfərdən çox insan ölüb. Terror aktlarının törədilməsinə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər