İŞİD Paris qətliamının səbəbini açıqladı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-11-2015, 04:22 | Şərh sayı: (0) | Baxılıb: 519
İŞİD Paris qətliamının səbəbini açıqladı
İŞİD Fransada niyə terror hücumu həyata keçirdiyini açıqlayıb.
Terror təşkilatı peyğəmbərin təhqirinə və Fransanın Suriyadakı hava hücumlarında iştirak etdiyinə görə terror aktlarının həyata keçirildiyini bəyan edib.
Təşkilat hücumların Fransanın hazırkı siyasəti davam etdirdiyi müddətə qədər davam edəcəyini bildirib. Bu terror aktını isə onların Fransaya bir xəbərdarlıq mesaji olduğunu deyiblər.
İŞİD-ə yaxın saytlar terror aktını "Avropanın 11 Sentyabrı" kimi şərh ediblər. Parisdə isə hücumu həyata keçirən terrorçulardan biri həbs edilərkən "mən İŞİD-in üzvüyəm" deyə şuar səsləndirib.
Fransanı qana bulayan terror aktı nəticəsində polisin açıqladığı rəqəmlərə görə, 128 nəfərin öldüyünü bildirilir. Amma qeyri - rəsmi məlumatlarda ölü sayının 153 olduğunu qeyd edilir.
Fransada matəmə səbəb olan terror aktları "Bataclan" incəsənət mərkəzində və onun konsert zalında, həmçinin "Kamboca" restoranında, "Le Karilyon" və "Bellek Ekip" barlarında, "Les Halz" ticarət mərkəzində, Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi yerlərdə baş verib.
Hücumdan sonra Rusiya da daxil olmaqla bir çox dövlətlər Fransaya uçuşları təxirə salmaqla yanaşı, Fransanda yerləşən səfirlikərin də təhükəsizlik tədbirlərini gücləndiriblər. Hətta Polşa höküməti terror aktılarının baş verəm qorxusu ilə dövlət sərhədlərini miqrantların üzünə bağlayıb.
Fransa Suriyada koalisiya qüvvələrinə dəstək vərən dövlətlərdən biridir. Fransua Olland G20 sammitində İŞİD-in necə məhv ediləcəyi barədə müzakirələrin aparıldığını bildirmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər