Rusiyadan Türkiyəyə qarşı SANKSİYALAR |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 17:14 | Şərh sayı: (0) | Baxılıb: 292
Rusiyadan Türkiyəyə qarşı SANKSİYALAR
Rusiyanın baş naziri Dmitri Medvedev hökumətə 2 gün ərzində iqtisadi və humanitar sahələrdə Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər işlənib hazırlanmasını tapşırıb.
APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, D.Medvedev bunu hökumətin iclasında deyib. O bildirib ki, tədbirlərin hansı müddətə tətbiq olunacağı göstərilməyəcək, çünki bu məsələ beynəlxalq situasiya və Türkiyə ilə münasibətlərin gedişində asılı olacaq.
D.Medvedev cavab tədbirləri haqqında qərarın 2006-cı ilin sonlarında qəbul olunmuş xüsusi iqtisadi tədbirlər haqqında qanuna uyğun olacağını söyləyib: "Orada tədbirlər paketi əksini tapıb. Bu sıraya iqtisadi əməkdaşlıq proqramlarının dayandırılması, maliyyə əməliyyatlarının, xarici ticarət sövdələşmələrinin məhdudlaşdırılması, idxal-ixrac rüsumlarının dəyişdirilməsi, turizm sahəsində tədbirlər, daşımalar, hava və su nəqliyyatının hərəkəti və humanitar əlaqələr daxildir".
Baş nazir Türkiyəyə qarşı cavab addımlarının vahid sənəddə toplanacağını, ya prezidentin fərmanı, ya da bu fərman əsasında hökumətin qərarı şəklində olacağını vurğulayıb. Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ukyukayev isə Türkiyəyə məxsus təyyarə və gəmilərin Rusiya hava məkanı və limanlarına daxil olmasına qadağa qoyula biləcəyini açıqlayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər