Rusiya məscidləri bombalayacaq? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-10-2015, 21:22 | Şərh sayı: (0) | Baxılıb: 332
Rusiya məscidləri bombalayacaq?
"İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) silahlıları Rusiyanın aviazərbələrindən məscidlərdə gizlənirlər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov məlumat verib.
"Bu gün bizdə terrorçuların məscidlərdə gizlənməsinə dair məlumat var. Bizdə terrorçuların öz texnikalarını məscid ətrafında gizlətmələrinə dair məlumatlar və videogörüntülər var", - deyə Antonov bildirib.
O qeyd edib ki, Rusiya qeyri-hərbi obyektlərə heç vaxt zərbə endirməyəcək.
"Onlar bizim məscidlərə diqqətlə, hörmətlə yanaşdığımızı bilərək yaxşı başa düşürlər ki, biz heç vaxt heç bir halda qeyri-hərbi obyektlərə zərbə endirməyəcəyik", - deyə nazir müavini qeyd edib.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər