Ruslar İŞİD-in obyektlərini məhv etdilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-10-2015, 18:48 | Şərh sayı: (0) | Baxılıb: 301
Ruslar İŞİD-in obyektlərini məhv etdilər
Rusiya aviasiyası ötən gecə "İslam Dövləti"nin Suriyadakı mövqelərinə endirdiyi zərbələr nəticəsində terrorçuların İdlib bölgəsindəki qərargahını və silah anbarını məhv edib.
APA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Aviazərbələr zamanı həmçinin terrorçuların Hama şəhərində yerləşən komanda məntəqəsi məhv edilib.
Qeyd edək ki, dünən Rusiya Federasiya Şurası prezident Vladimir Putinin silahlı qüvvələrdən ölkə xaricində istifadə olunması barədə müraciətini müsbət cavablandırıb. Rusiya tərəfi Suriya prezidenti Bəşər Əsədin müraciəti əsasında İŞİD terrorçu qruplaşmasına qarşı mübarizə aparmaq üçün Suriya ordusuna hərbi dəstək verəcək.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər