Azərbaycan XİN-dən Parisdəki terrorla bağlı AÇIQLAMA |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-11-2015, 12:19 | Şərh sayı: (0) | Baxılıb: 291
Azərbaycan XİN-dən Parisdəki terrorla bağlı AÇIQLAMA
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Paris şəhərində törədilmiş və çoxsaylı insan itkisinə və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır.
Trend-in məlumatına görə, XİN-in açıqlamasında deyilir:
"Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və dost Fransa xalqı ilə həmrəyliyimizi bir daha bildiririk. Həmçinin yaralananların tezliklə şəfa tapmasını diləyirik".
XİN bəyan edir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər