Niyə Paris? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-11-2015, 11:50 | Şərh sayı: (0) | Baxılıb: 337
Niyə Paris?
Terrorun məqsədi birdir - vahimə yaratmaq. Fransada törədilən aktlar da bu qəbildəndir. Terrorçular bunun üçün adətən kütləvi tədbirlərin keçirildiyi yerləri istifadə edirlər. Bu da baş verdi. Buna bənzər aktlar əvvəllər də olub. Düşünürəm ki, bu, müəyyən mənada Fransanın təhlükəsizliyini təmin edən qüvvələrin səhlənkarlığıdır.
Bunu Parisdə törədilən silsilə terror aktları ilə bağlı Milli.Az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.
Millət vəkilinin fikrincə, əvvəlki hadisələri nəzərə alaraq təhlükəsizliyə məsul olan orqanlar bu cür tədbirlərə hazır olmalı idilər: "Gərək terrora meylli olan qrupların içinə öz adamlarını daxil etməli, vəziyyətə daha ciddi nəzarət etməli idilər".
"Terror aktları üçün niyə məhz Fransa, Paris seçilib?" sualına cavabında isə politoloq qeyd edib ki, Fransa cəzalandırılmaq üçün seçilib: "Çünki Fransa Suriyada İŞİD-lə mübarizə aparır. Fransa İŞİD-i bombalayır. Ona görə də Fransanı cəzalandırırlar. Burada diqqəti özünə daha çox cəlb edilməsi də istisna deyil, amma əsas odur ki, vaxtilə Suriya Fransanın koloniyası olub və Fransa oradakı vəziyyətlə bağlı xeyli fəallıq göstərib. Ona görə də İŞİD onu cəzalandırmaq və bu ölkədə vahimə yaratmaq tədbirinə əl atıb".
Qeyd edək ki, noyabrın 13-də axşam Fransanın paytaxtı Parisin 7 ayrı-ayrı yerində terror aktları törədilib. hadisələr nəticəsində 153 nəfər ölüb. Terror aktlarının törədilməsinə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər