Azərbaycanlı İŞİD-çi qadın haqda AÇIQLAMA |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-10-2015, 10:06 | Şərh sayı: (0) | Baxılıb: 585
Azərbaycanlı İŞİD-çi qadın haqda AÇIQLAMA
Türkiyə tərəfi Azərbaycan vətəndaşlarının və ya milliyyətcə azərbaycanlı şəxslərin Türkiyədəki terror hadisələrində iştirakı ilə bağlı Azərbaycan tərəfinə heç vaxt sorğu ilə müraciət etməyib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov BBC-yə bildirib.
Türkiyə mətbuatı Ankarada ötən şənbə günü baş vermiş partlayışa görə Ülkər Məmmədova adlı bir qadının da aralarında olduğu 21 nəfərin axtarıldığına dair məlumat yayıb. Həsən Zeynalovun sözlərinə əsasən, konsulluğun bir əməkdaşı "Ülkər Məmmədovanın Azərbaycanla bağlılıq məsələsini Türkiyə tərəfi ilə araşdırmaq üçün təlimatlandırılıb".
"Biz də adıçəkilən şəxsin Azərbaycanla bağlılğı məsələsinin araşdırılmasında maraqlıyıq. Ülkər Məmmədovanın azərbaycanlı ola bilmə ehtimalı yalnız bizim mətbuatda gedib. Türkiyə mətbuatında isə sadəcə qadının ad-soyadı verilib, milliyyəti və ya vətəndaşlığı ilə bağlı heç nə yazılmayıb", - deyə baş konsul bildirib.
"Bununla bağlı müəyyən dairələrə sorğu vermişik. Bu sorğuya cavab verilməsini gözləyirik. Baş konsulluq olaraq bölgədə baş verən terror hadisələri ilə bağlı Türkiyənin hüquq-mühafizə orqanları ilə mütəmadi çalışırıq", - deyə baş konsul əlavə edib.
Türkiyə paytaxtı Ankarada şənbə günü baş vermiş iki partlayış nəticəsində 100-ə yaxın insan həlak olub. Türkiyənin baş naziri Əhməd Davudoğlunun bildirdiyinə görə, partlayışlara görə əsas şübhə İŞİD terror qruplaşmasının üzərinə düşür. İndiyədək heç bir qrup törədilmiş partlayışlara görə məsuliyyəti üzərinə götürməyib, lakin hökumət hesab edir ki, partlayışı iki intiharçı törədib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər