Paris qan içində: 7 terror aktı, 153 ölü |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-11-2015, 11:47 | Şərh sayı: (0) | Baxılıb: 687
Paris qan içində: 7 terror aktı, 153 ölü
09:51
Milli.Az Parisdəki "Stade de France" stadionunda Fransa və Almaniya yığmaları arasında oynanan yoldaşlıq matçı zamanı törədilən terror partlayışları zamanı çəkilmiş videonu təqdim edir.09:49
Milli.Az Le Parisien-ə istinadən bildirir ki, teraktların İŞİD tərəfindən törədildiyi artıq şübhə doğurmur.
İki "canlı bomba" "Stade de France" stadionunda özlərini partladıblar. Onlar Fransa prezidenti Fransua Ollandı hədəfə almışdılar.
2 terrrorçu "Bataclan" konsert zalında tamaşaçılara atəş açıblar.
Bir terrorçu Bastiliyadakı "Le Petit Cambhodige" restoranının qarşısında 11 nəfəri güllləyəndən sonra öldürülüb.
Digər terrorçular isə Luvr sənət qalereyasında, "Pompidou Centre"də və "Les Halles" ticarət mərkəzində öldürülüblər.
----------
09:43
Parisin Sen-Deni səmtindəki "Stade de France" stadionunda, Fransa və Almaniya yığmaları arasındakı yoldaşlıq matçı əsnasında 3 terror partlayışı olub.
Milli.Az Mashable-ə istinadən bildirir ki, stadiondan təlxiyyə zamanı fanatlar "Marselyoza" oxuyublar.09:41
Milli.Az Le Liberation-a istinadən bildirir ki, Parisdəki teraktlar zamanı polislər arasında yaralanan və ya həlak olanlar yoxdur.
Parisin Sen-Deni səmtindəki "Stade de France" stadionunda Fransa və Almaniya yığmaları arasında yoldaşlıq matçı oynanarkən 3 partlayış olub. Həmin matçda tribunalarda Fransa prezidenti Fransua Olland da vardı.
Bir terrorçu Parisin 11-ci dairəsindəki Volter Bulvarında özünü partladıb.
Parisin prefekti Mişel Kadonun dediyinə görə, teraktları törədən "canlı bomba"ların hamısı həlak olsa da, polis terroru törədən İŞİD terrorçuları ilə əlbir olmuş insanları arayır.
Fransadakı bütün qəzetlər bu gün yenilənmiş birinci səhifələrlə çıxıblar."Fransada 11 sentyabr", "Parisdə cəhənnəm", "Dəhşət!" - başlıqlar bu tipdədir.
Nyu-Yorkun Manhetten səmtində yerləşən, 2001-ci ilin sentybarın 11-də "Əl Qaida"nın məşum teraktları nəticəsində darmadağın olmuş əkiz Ümumdünya Ticarət Mərkəzinin əkiz göydələnlərinin yerində inşa olunmuş 1-ci Mərkəz Parisdəki terakt qurbanlarının xatirəsinə Fransa bayrağının rənglərindədir.Empayr Steyt Bildinq binası da Fransa bayrağı rəngindədir.
Parisdəki Eyfel qülləsinin işıqları matəm nişanəsi olaraq söndürülüb.
Fransa prezidenti Fransua Olland bəyanatla çıxış edib."Fransa terrorçulara qarşı amansız mübarizə aparacaq. Müharibə aparacağıq və bu müharibə amansız olacaq. Terrorçular məhv ediləcək", - Fransanın dövlət başçısı "Bataclan" teatrının qarşısında deyib.
"Bataclan" teatrında "Eagles of Death Metal" rok-qrupu konsert verərkən İŞİD terrorçuları teatrı ələ keçiriblər.
Bu anlarda qrupun solisti Cessi Hyuz səhnədə olub. O, teatrı arxa qapıdan tərk edərək qaça bilib.
"Bataclan" teatrında 102 nəfərin, "Stade de France" stadionundakı partlayışlarda və Parisdəki atışmalarda 51 nəfərin həlak olduğu bildirilir.
Parisdəki teraktlardan dolayı Fransa prezidenti Fransua Olland "Böyük İyirmilik" ölkələrinin dövlət və hökumət başçılarının Türkiyənin Antalya şəhərində keçiriləcək sammitinə qatılmayacaq.
Onu da qeyd edək ki, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Parisdəki terror aktlarına görə məsuliyyəti üzərinə götürüb.
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, İŞİD bu gecə bəyan edib: "Noyabrın 14-nü Fransa üçün ABŞ-dakı 11 sentyabra döndərdik".
---------
09:20
Parisdəki dəhşətli terror aktında 8 terrorçunun həlak olduğu bildirilir.
Milli.Az France 24-ə istinadən bildirir ki, həmin 8 terrorçudan 7-nin belində "canlı bomba" qurşağı olub. Terrorçulardan 4-ü teraktın törədildiyi "Bataclan" konsert zalında həlak olub. 3 "canlı bomba" üzərilərindəki partladıcı qurğuları işə salıblar, biri polis tərəfindən güllələnib.
Daha 3 terrorçu Parisdəki Milli Stadionun yaxınlığında güllələnib, bir terrorçu isə Parisin şərq hissəsindəki küçədə öldürülüb.
Dünən Parisdə 7 terror aktı törədilib. 4 dəfə günahsız insanlara "Kalaşnikov" avtomatlarından atəş açılıb, "Bataclan" konsert zalında tamaşaçılar girov götürülüb, "Stade de France" stadionun yaxınlığında isə 3 terror partlayışı olub.
Son məlumatlara görə, teraktlarda 153 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Fransa ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunub. Sərhədlərdə ciddi nəzarət başlanıb. Təhlükəsizliyin təminatı üçün Parisdə 1800 xüsusi təyinatlı hərbçilər yeridilib.
Terrorçulardan biri həbs olunub. O, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının mənsubudur.
Al Jazeera bildirir ki, Parisdəki teraktlar "Jihadi Cohn" kimi tanınan İŞİD qəssabı Məhəmməd Emvazinin Suriyada ABŞ-ın pilotsuz uçan təyyarəsindən buraxılan raketlə öldürülməsinə İŞİD-in "qisas cavabı"dır.
-----------
09:08
Parisdə hücumlarla əlaqədar fövqəladə vəziyyətin rejimi tətbiq edilib.
Trend-in Interfaks agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Fransa prezidenti Fransua Olland bildirib.
Həmçinin Olland sərhədlərin bağlandığını elan etdi.
------------
09:01
Parisin Stade de France stadionu yaxınlığında Fransa-Almaniya yoldaşlıq matçı zamanı bir neçə partlayış baş verib.
Prezident Fransua Ollandın da stadionda canlı izlədiyi Fransa-Almaniya dostluq görüşü zamanı stadionun kənarında partlayışlar eşidilib. Dövlət başçısı stadiondan çıxararaq birbaşa Daxili İşlər Nazirliyinə gedib.
Baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb.
Milli.Az bildirir ki, Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Parisin "Blaklan" teatrında girovların azad edilməsi üçün keçirilən əməliyyatda 112 nəfər ölüb.
Təqribən 40 nəfər Parisin digər yerlərində ölüblər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər