RSS
 

Login:
Şifrə:
» » Prezident İlham Əliyev: "Biz terrorizmə qarşı mübarizədə beynəlxalq birlikdən heç bir kömək almadıq"

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Prezident İlham Əliyev: "Biz terrorizmə qarşı mübarizədə beynəlxalq birlikdən heç bir kömək almadıq"

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-10-2015, 20:35 | Şərh sayı: (0) | Baxılıb: 365

Prezident İlham Əliyev: "Biz terrorizmə qarşı mübarizədə beynəlxalq birlikdən heç bir kömək almadıq"


Prezident İlham Əliyev: "Biz terrorizmə qarşı mübarizədə beynəlxalq birlikdən heç bir kömək almadıq"


Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçılarını qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Bu gün Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları rəhbərlərinin növbəti konfransı işə başlayır. Mən sizi salamlayıram. Həmçinin qeyd etmək istəyirəm ki, konfransda tərəfdaş ölkələrin Xüsusi Xidmət Orqanlarının rəhbərləri də iştirak edirlər. Şadam ki, bu tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olmayan, lakin bizə dost dövlətlərin nümayəndələri də iştirak edirlər.

Bu, çoxplanlı və çoxşaxəli əməkdaşlığın yaxşı nümunəsidir. Əminəm ki, bu gün və sabah Bakıda aparılacaq müzakirələr, fikir mübadilələri faydalı olacaq, eləcə də bizim xüsusi xidmət orqanları arasındakı qarşılıqlı əməkdaşlığın genişlənməsinə, fəaliyyətin daha yaxşı əlaqələndirilməsinə və ölkələrimizin milli təhlükəsizliyinin təmin olunması üçün səylərin birləşdirilməsinə dəstək olacaq.

Sizin ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəsizliyin möhkəmləndirilməsinə, risklərin minimallaşdırılmasına böyük diqqət yetirilir. Deməliyəm ki, ölkə daxilində potensial təhdid və risklər yoxdur. Ancaq əlbəttə, bizim yerləşdiyimiz regionda baş verən prosesləri dəqiqliklə izləməli və ölkəmizin, xalqımızın təhlükəsizliyini maksimum təmin etməliyik ki, Azərbaycan bundan sonra da inkişaf və tərəqqi yolunu davam etdirsin. Möhkəm təhlükəsizlik sistemi, ictimai-siyasi sabitlik olmadan heç bir ölkədə inkişaf mümkün deyil. Azərbaycan 1990-cı illərin əvəllərində sabitliyin pozulduğu dövrün çətinliklərini öz üzərində hiss edib. Bu, qan tökülməsinə, vətəndaş müharibəsinə, sabitliyin pozulmasına gətirib çıxardı. Ancaq 20 ildən çoxdur ki, Azərbaycanda inamlı, ardıcıl inkişaf, təhlükəsizliyin möhkəmlənməsi müşahidə olunur. Əlbəttə ki, istənilən ölkənin iqtisadi inkişafı təhlükəsizliyin təminatı səviyyəsi ilə birbaşa bağlıdır. Çünki bu gün bir çox ölkələr xarici investisiya mənbələri axtarır. Təbii ki, təhlükəsizliyi hələ lazımi səviyyədə olmayan ölkəyə investisiya qoyuluşunu gözləmək düzgün olmazdı.

Hesab edirəm ki, Bakıda keçirilən bu cür tədbirlər çox vacib praktik əhəmiyyətə malikdir. Bir tərəfdən bu, 10 ildən artıq keçirilən ənənəvi konfransdır. Bu, yaxşı ənənədir, onu davam etdirmək lazımdır. Praktiki nöqteyi-nəzərdən daimi informasiya mübadiləsi aparmaq lazımdır. Dünyada və regionda vəziyyət çox sürətlə dəyişir. Həm də, təəssüf ki, yaxşı tərəfə yox. Mövcud təhdidləri aradan qaldırmaq əvəzinə, biz yeni təhdidlərin - həm real, həm də potensial münaqişə ocaqlarının yarandığını görürük. Amma hələ ki, biz regionlarımızdakı münaqişələrlə bağlı nizamlanma istiqamətində heç bir müsbət perspektiv müşahidə etmirik. Belə bir şəraitdə sizin qarşınızda, əlbəttə ki, yeni vəzifələr - beynəlxalq vəziyyətin daha da gərginləşdiyi şəraitdə ölkələrimizin təhlükəsizliyinin, milli təhlükəsizliyinin, dövlət təhlükəsizliyinin təmin edilməsi durur. Hesab edirəm ki, bu halda risklərin azaldılmasının ən vacib amillərindən biri məhz sizin fəaliyyətin əlaqələndirilməsidir. Xüsusi xidmət orqanları rəhbərləri arasında çox xoş, etibarlı, dost münasibətlər olmalıdır ki, siz bir çox məsələləri operativ şəkildə həll edəsiniz və bir-birinizə kömək göstərəsiniz.

Müasir dünyada heç bir ölkə öz təhlükəsizliyini təkbaşına tamamilə həll edə bilməz. Biz hamımız bir-birimizə bağlıyıq. Bu şəraitdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərin həllinin vacibliyində operativ informasiya mübadiləsi, birgə səylərlə qarşılıqlı dəstək xüsusi əhəmiyyət kəsb edir. Bu, bütün zamanlarda vacib amil olub, bugünkü dünyada isə xüsusilə vacibdir.

Bu gün beynəlxalq terrorizmlə mübarizə dünya birliyinin üzvü olan əksər ölkələri birləşdirir. Hesab edirəm ki, terrorçuluq vətəndaşların təhlükəsizliyinə ən əsas hədədir. Təəssüf ki, biz yeni terror təşkilatlarının yarandığını və meydana çıxdığını görürük. Onlar yeni mübarizə üsullarından istifadə edirlər. Əlbəttə ki, xüsusi xidmət orqanları buna qarşı təsirli cavab verməyə və bu risklərin aradan qaldırılmasına hazır olmalıdır.

Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə həmişə çox fəal iştirak edib. Bu mövzunu biz həmişə ən yüksək forumlarda qaldırmışıq. Deməliyəm ki, bir neçə il əvvəl sizin təmsil etdiyiniz ölkələrin də dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçiləndə və biz Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edəndə məhz beynəlxalq terrorçuluqla mübarizə mövzusunu ortaya atdıq. Bu, vətəndaşlarımızın həyat və təhlükəsizlik məsələsi olduğuna görə bizim fəaliyyətimizin prioritetlərini göstərir. Biz beynəlxalq terrorizmə qarşı mübarizənin fəal üzvüyük. Biz regional təhlükəsizliyin möhkəmlənməsinə çox böyük töhfə veririk. Hesab edirəm ki, Azərbaycan bizim yerləşdiyimiz regionda sabitliyin möhkəmləndirilməsində çox mühüm rol oynayır. Sabitlik və inkişaf gündəlik həyatdan təcrid edilə bilməz. Terrorçuluqla mübarizə bütün bəşəriyyətin işi olmalıdır. Bu işdə vahid yanaşmalar, bütün ölkələrin səylərinin əlaqaləndirilməsi vacibdir. Heç bir halda terrorçuları yaxşı və pisə ayırmaq olmaz. Yəni, guya yaxşı sənin düşməninə qarşı olan, pis isə sənə qarşı olandır. Tarix dəfələrlə göstərib ki, terrorçuluq elementləri ilə istənilən "oyunlar" son nəticədə bununla məşğul olan ölkələrə təhdidlər yaradır. Ona görə, dünya birliyinin beynəlxalq terrorçuluqla mübarizədə səylərinin birləşdirilməsi regional və beynəlxalq təhlükəsizliyin əsas şərtidir.

Siz yəqin ki, bilirsiniz, Azərbaycan həm də terrorizmdən zərər çəkən ölkədir. Müstəqilliyin ilk illərində, 1990-cı illərin ərəfəsində və 1990-cı illərin əvvəllərində erməni terrorçu təşkilatları bizim ərazimizdə 30-dan çox terror aktı törədib. Onlar metronu, gəmiləri, şəhərlərarası avtobusları partladıblar. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız Azərbaycan vətəndaşı həlak olub.

Yəni, biz beynəlxalq terrorçuluğun nə olduğunu öz üzərimizdə hiss etmişik, xüsusilə beynəlxalq birliyin bu problemlərə laqeyd qaldığı bir zamanda. Biz 1990-ci illərin əvvələrində beynəlxalq terrorizmlə təkbətək qalmışdıq. Biz terrorizmə qarşı mübarizədə beynəlxalq birlikdən heç bir kömək almadıq və öz gücümüzlə bu şər qüvvəni əzə bildik, kökünü kəsdik və Azərbaycan vətəndaşlarına bu qədər dərd, bəla gətirənləri cəzalandıra bildik.

Azərbaycana qarşı terror hücumları Azərbaycan torpaqlarının 1990-cı illərin əvvələrində Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq siyasətinin tərkib hissəsi idi. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin təxminən 20 faizi işğal olundu, 1 milyondan çox Azərbaycan vətəndaşı öz Vətənində qaçqın və məcburi köçkünə çevrildi. Biz son dərəcə ağır humanitar fəlakətlə üzləşdik. O zaman ölkənin iqtisadi vəziyyəti olduqca ağır idi. Praktiki olaraq, sənaye iflic vəziyyətə düşmüşdü, iqtisadiyyat dağılmışdı, inflyasiya ildə min faizdən yuxarı idi. Bu şəraitdə erməni təcavüzü nəticəsində bütün əmlakını, evlərini itirən bir milyon insan Bakıda və Azərbaycanın digər şəhərlərində sığınacaq axtarmağa məcbur oldu. O vaxt səkkiz milyondan bir qədər çox əhalisi olan ölkə üçün bir milyon qaçqın və məcburi köçkün yüksək göstərici idi.

Erməni işğalı yalnız beynəlxalq hüquq normalarının deyil, həm də bütün bəşəri normaların pozulmasıdır. Ölkələr arasında müharibələr, münaqişələr olur, lakin insanlıq simasını həmişə qoruyub saxlamağa səy göstərmək lazımdır. Xocalı faciəsi - dinc şəhərin erməni quldur dəstələri tərəfindən bir gecədə məhv edilməsi xalqımızın hansı vəhşiliklə üz-üzə qaldığını göstərir. Artıq 10-dan çox ölkə Xocalı faciəsini rəsmi olaraq soyqırımı kimi tanıyıb. Bunun məsuliyyəti isə hazırkı və əvvəlki Ermənistan rəhbərliyinin üzərinə düşür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə, sabitliyə böyük hədədir. Bu, bütün beynəlxalq hüquq normalarının pozulmasıdır. Ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilmir. Biz BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasını tələb edirik. Bu, bizim qanuni tələbimizdir. Azərbaycan ictimaiyyəti BMT Təhlükəsizlik Şurası qətnamələrinin bəzi hallarda bir günə yerinə yetirildiyinə, bizim vəziyyətdə isə 20 ildən çox vaxt keçməsinə və qətnamələrin kağız üzərində qalmasına çox təəccüblənir, amma yəqin ki, böyük dərəcədə narazıdır. Bu, ikili standart siyasətidir. Bu, beynəlxalq hüquqa, ali beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurasının qərarına hörmətsizlikdir.

Bax, biz bunlarla - ədalətsizlik, qeyri-obyektivlik, ikili standartlarla, bəzi hallarda isə işğalçının mükafatlandırılması ilə qarşılaşırıq. Ermənistan bütün tanınmış beynəlxalq normaları pozan təcavüzkar, işğalçı ölkədir. Axı, təkcə tarixi Azərbaycan torpağı və sovet dövründə heç respublika da yox, vilayət muxtariyyəti olan Dağlıq Qarabağ işğal olunmayıb. Həmçinin keçmiş Dağlıq Qarabağ Vilayətinin inzibati sərhədindən kənarda 7 rayonda işğal edilib. Bu rayonlarda praktiki olaraq ermənilər yaşamırdılar. Bütün bu rayonlarda azərbaycanlılar yaşayırdılar. Onlar qovulublar, onların evləri, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, qəbiristanlıqlarımız dağıdılıb, muzeylərimiz qarət olunub. Bunu bu gün İrəvanda ən yüksək vəzifələrdə oturanlar ediblər. Onlar hərbi canilərdir. Biz həqiqəti deməliyik. Çünki həqiqəti deməyib sussaq, özümüzü heç nə olmamış kimi göstərsək digər ölkələrdə də eyni hadisələr baş verəcək.

Tarix dəfələrlə sübut edib ki, işğalçılarla "oynamaq" siyasəti aparmaq olmaz. Ötən əsrdə də, 1930-cu illərdə də faşizm, nasizmin yaranması, hitlerçiliyin bəşəriyyətə gətirdiyi bəlalar da bəzi ölkələrin işğalçılarla oyun oynamasından başlayıb. Onlar baş verənləri hiss etmək və görmək istəmirdilər. Ötən əsrin faşizmi və nasizmi ilə bu gün Ermənistanın işğal etdiyi torpaqlarda törətdikləri arasında heç bir fərq yoxdur. Bu, eyni mənalı anlayışdır. Dünya ictimaiyyəti bunu bilməli və regionda sülhün bərqərar olmasına səy göstərməlidir. Sülh isə yalnız ədalət əsasında bərqərar ola bilər. Azərbaycanın ərazi bütövlüyü istənilən ölkənin ərazi bütövlüyü kimi əhəmiyyət daşıyır və o, bərpa edilməlidir. Mən bunu ona görə deyirəm ki, siz - dost ölkələrin xüsusi xidmət orqanlarının rəhbərləri məsələnin məğzini daha müfəssəl biləsiniz. Erməni dairələri beynəlxalq birliyi aldatmağa, münaqişənin mahiyyəti, nəticələri barədə yanlış informasiya, şayiələr yaymağa, özlərini "qurban" kimi göstərməyə çalışırlar. Amma həqiqəti bilmək lazımdır. Həqiqət isə mənim dediyim kimidir. Mənim dediklərimi isə tarix, sənədlər, faktlar təsdiq edir.

Bir daha demək istəyirəm ki, konfransa böyük əhəmiyyət verirəm. Əminəm ki, aparılacaq fikir mübadiləsinin məhz praktiki faydası olacaq. Biz vətəndaşlarımızın təhlükəsiz həyatını təmin etmək üçün daha çox əlbir olmalı, səylərimizi birləşdirməliyik. Hər bir ölkənin xüsusi xidmət orqanlarının rolu və vəzifələri dövlətin və vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Bir daha sizi salamlayıram. Sizə uğurlar arzulayıram.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor