Paris prokuroru: "Terror aktları şəhərin altı nöqtəsində törədilib" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-11-2015, 11:43 | Şərh sayı: (0) | Baxılıb: 295
Paris prokuroru: "Terror aktları şəhərin altı nöqtəsində törədilib"
Fransanın paytaxtı Parisdə baş vermiş terror aktları şəhərin altı müxtəlif nöqtəsində törədilib.
APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Parisin prokuroru Fransua Molens bəyan edib.
Onun sözlərinə görə, hadisə nəticəsində 5 terrorçu ölüb. Onlardan 3-ü girovlar azad edilərkən "Bataclan" konsert zalında məhv edilib. Daha 2-si "Stad de Frans" stadionu yaxınlığında özlərini partladıb. Digər terrorçular qaçmağa nail olublar.
Hazırda şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Terrorçuların tapılması üçün əməliyyat keçirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər