Azərbaycan XİN-dən Fransadakı vətəndaşlarımıza TÖVSİYƏ |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-11-2015, 11:56 | Şərh sayı: (0) | Baxılıb: 277
Azərbaycan XİN-dən Fransadakı vətəndaşlarımıza TÖVSİYƏ
Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Fransanın Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq araşdırır.
Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
H.Hacıyev bildirib ki, hazırda Fransada olan Azərbaycan vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər