RSS
 

Login:
Şifrə:
» » Qaz müharibəsi başlandı: Ankara Bakıya üz tutur

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qaz müharibəsi başlandı: Ankara Bakıya üz tutur

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-10-2015, 15:46 | Şərh sayı: (0) | Baxılıb: 409

Qaz müharibəsi başlandı: Ankara Bakıya üz tutur


Qaz müharibəsi başlandı: Ankara Bakıya üz tutur


Rusiyanın Suriyadakı olaylara birbaşa müdaxilə etməsi Moskva ilə Ankaranın münasibətlərini sınağa çəkib. Rusiyanın hərbi-hava qüvvələrinin təyyarələri Suriyadakı hədəfləri bomdarman etməklə iş bitmədi: Moskva daha da irəli getdi və Xəzər dənizindəki 4 gəmisindən Suriyaya 26 qanadlı raket buraxdı.
Suriyadakı rus qırıcılarından biri Türkiyə səmasına soxulanda isə Ankaranın səbr kasası daşdı.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın davranışlarını sərt tənqid edib və bir sıra iqtisadi layihələrdəki ikitərəfli əlaqələrin dayandırıla biləcəyi ilə bağlı ilk dəfə bəyanat verib. Rusiyanın Türkiyədə atom energetikası və təbii qaz nəqli sahələrində ciddi maraqlarının olduğunu vurğulayan Ərdoğan deyib: "Rusiyanın Suriyadakı əməlləri, Moskvanın tutduğu mövqe bu maraqların gerçəkləşməsi imkanlarına son qoya bilər".

Ərdoğan Rusiyadan Türkiyəyə təbii qaz nəqlini nəzərdə tutan "Türk axını" boru kəməri və Aralıq dənizinin sahilindəki Mersin şəhərinin yaxınlığında "Akkuyu" atom-elektrik stansiyasının inşası layihələrini nəzərdə tutur.
Boru kəməri layihəsində Ankaranın tərəf-müqabili Rusiyanın "Qazprom", "Akkuyu" AES layihəsində isə "Rosatom" konsernidir.
"Rusiyanın təbii qazının ən böyük və ən mühüm alıcısıyıq. Türkiyə ilə əlaqələrin kəsilməsi Rusiya üçün böyük itki olardı", - söyləyən Rəcəb Tayyib Ərdoğanın "Akkuyu" AES ilə bağlı açıqlaması daha sərt olub: "Ruslar "Akkuyu"nu inşa etməsələr, başqaları gəlib tikəcəklər. Rusiya bu layihəyə artıq 3 milyard dollar yatırıb və ona görə də daha ehtiyatlı, düşünülmüş şəkildə davranmaq Rusiyanın maraqlarındadır".

Qaz məsələsində Əsəd problemi

Rusiyanın Suriyadakı hərbi əməliyyatları Moskva ilə Ankara arasındakı münasibətləri daha da sərinləşdirib. "Daha da" ona görə ki, Suriya prezidenti Bəşər Əsədi Rusiya dəstəkləyir, Türkiyə isə devirmək istəyir və bu səbəbdən də Moskva ilə Ankara arasında "Əsəd problemi" var. Rusiyanın iki qırıcı təyyarəsinin Türkiyə səmasına soxulması isə Ankaranı lap sinirləndirib.
Ərdoğan "Rusiya bizim təki dostu itirə bilər" söyləyib, NATO isə rus təyyarələrinin türk səmasına girməsini təsadüfi saymadığını bəyan edib.
Rusiya və Türkiyə arasında Suriyadakı proseslərlə, xüsusilə də bu ölkənin perspektivləri sarıdan geosiyasi fikir ayrılıqlarının iqtisadi müstəviyə təsiri hələ bahar aylarında, "Türk axını" çərçivəsindəki danışıqlarda hiss olunmuşdu.

Moskva bildirirdi ki, "məsələ" siyasi səviyyədə razılaşdırılsa da, Ankara qaz boru kəmərinin Ukrayna ərazisindən yan keçməsi barədə hökumətlərarası anlaşmanı imzalamayıb. Üstəlik, "Qazprom" belədə türklərə təbii qazın tarifləri ilə bağlı güzəştlər də vəd etmişdi.
Türkiyə güzəştləri bəribaşdan almaq istəyib. Amma "Qazprom"un təklif etdiyi həcm Ankaranı razı salmayanda Türkiyə "belə mürəkkəb layihəni dərhal imzalamağın tələsik addım ola biləcəyini" vurğulayıb.
ABŞ da "Türk axını" layihəsinə qarşı çıxır, bunun əvəzinə Türkiyənin Azərbaycanın təbii qazını Avropa Birliyinə çıxaracaq TAP və TANAP layihələrinə üstünlük verməsini istəyirdi.
Rusiya inad edir, ilk əvvəl hökumətlərarası anlaşmanın imzalanmasını tələb edir, yalnız bundan sonra güzəştlərin olacağını bildirirdi. Bunun müqabilində Türkiyə qaz boru marşrutunun 4 boru xəttindən yalnız birinin inşasının müzakirəsinə hazır olduğunu dedi.

Ankaranın şərtləri "Türk axını" layihəsini son variantda "Qazprom" üçün mənasız etdiyindən Moskva Ukraynadan yan keçməklə Avropa Birliyinə təbii qazın nəqli ilə bağlı "Nord Stream 2" marşrutunu Şərqi Avropa ölkələri arasındakı tərəfdaşları ilə razılaşdıra bildi.
Sonucda "Türk axını" ilkin variantdakı həcmin 25 faizinədək kiçildi və "Qazprom" ondan tam imtina etməsə də, 2016-cı ilin sonunadək təxirə salındı.
Türkiyə prezidentinin son bəyanatlarını "Qazprom" şərh etmək istəməsə də, konserndəki mənbələr "bu açıqlamaları təəccüblə qarşıladıq" deyiblər.
"Rosatom"a gəldikdə, bu qurum "Türkiyə ilə münasibətlərimiz ənənəvi olaraq yüksək səviyyədədir" açıqlaması ilə işini bitmiş sayıb. Halbuki "Akkuyu" AES-in istifadəyə verilmə vaxtı da "sırf texniki səbəblərdən" 2022-ci ilədək təxirə salınıb.

Ankara geri çəkilməyəcək

Enerji sahəsində əməkdaşlıq Rusiya və Türkiyə arasındakı siyasi münasibətlərin gündəmində həmişə əsas yerlərdən birini tutduğu üçün Ankara Moskvaya məhz bu minvalla təsir etmək niyyətindədir.Amma Ankara yaxın vaxtlarda Moskva ilə təbii qaz nəqli sahəsində əməkdaşlığı minimuma endirmək gücündə deyil. Ötən il "Qazprom" Türkiyəyə 27,4 milyard kubmetr təbii qaz satıb ki, bu da Türkiyənin boru kəmərləri vasitəsilə "mavi yanacaq" idxalının 67 faizini, təbii qazın ümumi idxalınınsa 56 faizini təşkil edir.
Güzəştlər məsələsində də durum mürəkkəbdir. "Qazprom" konserni "Blue Stream" ("Mavi axın") layihəsi çərçivəsində Türkiyəyə nəql edəcəyi təbii qazın həcmini Ankaranın istədiyi kimi 3 milyard yox, cəmi 1 milyard kubmetr artırmaq niyyətindədir. Bunun da başlıca səbəbləri "Türk axını" məsələsində Moskvanın Ankara ilə anlaşa bilməməsi, habelə təbii qaz satışının kommersiya şərtlərinin hələ də tam razılaşdırılmamasıdır.Təbii qaz idxalından tam asılı olan Türkiyədə isə daxili bazar fasiləsiz böyüyür. Belə ki, 2000-ci ildən bəri ölkədə təbii qaz istehlakı 3 dəfə artıb.

Rəsmi Ankara mövqelərindən geri çəkilmək niyyətində deyil, çünki "Türk axını" çərçivəsində 16 milyard kubmetr nəql həcminə malik bir boru kəmərinin çəkilməsi Türkiyəyə sərf edir. Ankara bu minvalla Ukraynadan təbii qaz tranzitindən asılı olmayacaq, təbii qaz idxalını ildə 2 milyard kubmetr artıracaq və ən başlıcası boru kəmərinin həcmindən tam istifadə olunmayacağından həmin marşrutun boş qalmış imkanlarından "anbar" kimi istifadə edə biləcək.
"Qazprom"un bütün planlarına rəğmən, noyabrın 1-də Türkiyədə keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olmayaraq "Türk axını" layihəsində bir boru kəmərindən artığına Ankara razılaşan deyil.
Ankara daha sərt mövqe tutarsa, "Qazprom"un Ukrayna ərazisindən təbii qaz tranzitini 2020-ci ilədək minimuma endirmək planları alt-üst olacaq. Rusiya türklərlə müqavilələrin şərtlərini pozmamaq üçün Ukrayna ərazisindən ildə 13-14 milyard kubmetr qazın nəqli üçün Kiyevlə dil tapmaq məcburiyyətində qalacaq.Təbii qaz təminatı mənbələri müstəvisində Türkiyənin Rusiyadan savayı 3 alternativi var: İran, maye qaz alışı və Azərbaycan.
İran təbii qazını Türkiyəyə sürəkli fasilələrlə verir və Ankara da tariflərdən narazıdır. Həm də siyasi baxımdan bu mənbə tam etibarlı sayıla bilməz. Türkmənistan və ya İraqın şimalından təbii qaz nəqli yaxın zamanlarda sadəcə, mümkün deyil. Aralıq dənizinin şərq sahillərindən Türkiyənin təbii qazı nəql etməsi Kiprlə bağlı siyasi problem və mənbələrin laübəli olması ilə bağlıdır.

Avropa yenə Bakıya minnətçi düşür

"2030-ci ildə Avropa İttifaqına (Aİ) ildə 380-450 milyard kubmetr qaz lazım ola bilər, bu səviyyəni Aİ-nin hazırda "mavi yanacağ"a olan tələbatı ilə müqayisə edəcəyik".Bunu Avropa Komissiyası sədrinin enerji ittifaqı üzrə müavini Maroş Şefçoviç Parisdə keçirilən konfransda bildirib.
"2030-cu ildə bizə nə qədər qaz lazım olacaq? Analitiklərimiz bildirirlər ki, bizim təqribən 380-450 milyard kubmetr qaza ehtiyacımız olacaq. Bu, demək olar ki, hazırkı ilə eynidir. Bu onunla əlaqəlidir ki, biz öz səmərəliliyimizi, bərpa olunan enerjinin payını artıracağıq", - deyə o, çıxışı zamanı bildirib.
"Bu qaz haradan gəlməlidir? Burada əsas layihələr 2020-ci ilədək Azərbaycandan Avropa İttifaqına qaz gətirməli olan "Cənub qaz dəhlizi", həmçinin Aralıq dənizində qaz mərkəzi üzərində işlərdir. Bundan əlavə, biz Norveçlə, Əlcəzairlə yaxşı əməkdaşlıq edirik. Biz maye təbii qaz üzrə yeni strategiya hazırlayırıq... Bu qaz növü kifayət qədər mühüm rol oynaya bilər", - o söyləyib.

Ümid Azərbaycanadır

Maye qaza gəldikdə, Qətər bu aydan etibarən Türkiyəyə 255 dollardan satışları reallaşdırmağa başlayıb. Bu isə "Qazprom"un qiymətlərindən daha bahadır. Türkiyənin maye qaz idxalı imkanları da məhduddur.Ölkədə mövcud olan maye qaz qəbulu terminallarının toplam gücü ildə 12,2 milyard kubmetrdən artıq deyil. Həmin gücün 7,3 milyard kubmetri artıq istifadə olunub.
Belədə Azərbaycan Türkiyə üçün ən etibarlı və əlverişli, eyni zamanda effektiv tərəfdaş ola bilər. "Şahdəniz" yatağında çıxarılacaq təbii qazdan hər il Türkiyəyə 6 milyard kubmetr satılacaq. "Qazprom" rəhbərliyi "Yaxın persprektivdə Azərbaycan bu həcmi artırmaq imkanlarına və resurs bazasına malik deyil" tipli bəyanatlarına ara verməsə də, resurs zamanı və imkanlar var.Hazırda Azərbaycanın təbii qazının Türkiyəyə nəql həcminin artırılması ilə bağlı danışıqlar aparılır. Rusiya situasiyanın gərginləşdiyini və sərt mövqe tutacağı təqdirdə Türkiyə bazarındakı mövqelərinin əhəmiyyətli dərəcədə zəifləyəcəyini təxminlədiyindən Ankaranı "yumşaltmağa" çalışır, "ikitərəfli münasibətlərə, xüsusilə də iqtisadi əlaqələrə həddən artıq böyük önəm verdiyini" vurğulayır.
Lakin "Qazprom"un Türkiyəyə "qaz ilhaqı"nın Qərb tərəfindən çox pis qarşılandığı, ABŞ-da isə aşkar qıcıq yaratdığı bəlli.
ABŞ Türkiyə rəhbərliyinə üstüörtülü şəkildə mesajlar yollayır və vurğulayır ki, Ankaranın "Qazprom"un layihələrində iştirak əvəzinə hazırda reallaşdırılan TAP ilə TANAP marşrutlarının intensivləşdirilməsi istiqamətində real işlər görməsində maraqlıdır.
TAP və TANAP Azərbaycanın təbii qazının Avropa Birliyi bazarlarına çıxarılmasını nəzərdə tutduğundan Ankara "mavi yanacaq" problemini çözmək üçün Bakı ilə təmasları aktivləşdirib.
Başqa yol qalmayıb...


Orxan Hun
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor