RSS
 

Login:
Şifrə:
» » Qarabağ cəbhəsində yeni oyun başlanıb

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qarabağ cəbhəsində yeni oyun başlanıb

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-10-2015, 10:52 | Şərh sayı: (0) | Baxılıb: 416

Qarabağ cəbhəsində yeni oyun başlanıb


Qarabağ cəbhəsində yeni oyun başlanıb


"Azərbaycan aqressiv siyasətini bundan sonra da davam etdirərsə, Ermənistan özü ilə yanaşı, Dağlıq Qarabağın da təhlükəsizliyini və dinc inkişafını təmin etmək üçün zəruri hüquqi, hərbi-siyasi addımlar atmaq məcburiyyətində qalacaq".
Ermənistan prezidenti Serj Sarkisyan BMT Təhlükəsizlik Şurasının Baş Assambleyasında çıxışında belə deyib.
Aqressiv, müharibə hədələrinin yer aldığı, Azərbaycana qarşı yönəlik meydanoxuma ünsürlərinin bol olduğu nitqin Ermənistanda səslənməsi artıq "adi" haldır. Ermənistanda davar və ya donuz otaran adi çobandan tutmuş, vətəndaşlarını otarmaq fikrinə düşmüş Sarkisyanadək ən müxtəlif adamlar natamamlıq komplekslərindən irəli gələn çılğınlıqla, qorxularını ört-basdır etməyə yönəlmiş aqressiya ilə bizi hədələyirlər.
Onillərdir ki, belədir və əslində, ermənilərin az qala genotipində azərbaycanlılarla birgəyaşamın birmənalı olaraq qəbul olunmaması prinsipi var.
Bu, bəlli məsələ.
Amma Ermənistan prezidenti Serj Sarkisyanın BMT tribunasından Azərbaycana hədələr ünvanlaması fərqli məqamdır.
İlk baxışdan qəribədir, hətta paradoksaldır. Amma əslində, Ermənistan rəhbərliyinin belə düşünülməmiş, absurd bəyanatlarla çıxış etməkdən savayı yolu qalmayıb.
Ermənistanda hakim rejimlə yanaşı, orta statistik vətəndaşlar da anlamağa başlayıblar ki, Azərbaycanla müharibənin qaçılmazlıq ehtimalı artır.
Dağlıq Qarabağdakı cəbhə xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması, atışmaların intensivləşməsi və ən başlıcası, rəsmi Bakının səbr kasasının daşmağa hazır olmasına dəlalət edə biləcək nüansların artması Yerevanı təşvişə salıb.
Cənubi Qafqaz indi Yaxın Şərqdən Ukraynaya qədər uzanan böyük geosiyasi çaxnaşma müstəvisinin tərkib hissəsinə çevrilib.
Rusiyanın Suriyadakı proseslərə hərbi müdaxilə etməsi, Çinin də Bəşər Əsəd rejiminin devrilməsinə yönəlmiş cəhdlərə aşkar şəkildə etiraz etməyə başlaması və Rusiya-Çin-İraq üçlüyünün İraqda "Suriyadakı qarşıdurmaya son qoymaq üçün birgə qərargah" yaratması, təbii ki, regional siyasətdəki qüvvələr nisbətində dəyişikliklərə səbəb olub.
ABŞ ilə Avropa Birliyi bölgədəki təsirlərini daha da artırmaq, Rusiya, Çin və İranın anlaşaraq birgə addımlar atmasına mane olmaq və hadisələrin axarının nəzarətlərindən çıxmasına yol verməmək üçün daha fəal davranmaq məcburiyyətində qaldıqlarını anladıqlarından Cənubi Qafqazın diqqət mərkəzində olmadığını düşünmək mümkün deyil.
Rusiyanın birbaşa siyasi və hərbi əsarətindəki Ermənistan müstəqil xarici siyasət yürütmək imkanlarına malik olmadığından Azərbaycanla müharibənin proqnozlaşdırılan səviyyəsini aşağı salmaq üçün "preventiv" addımlar atmaq qərarına gəlib.
Yerevanın planlarında yaxın perspektivə hesablanmış ilkin mərhələ Azərbaycanı daha sərt addımlar atmağa vadar etməkdir ki, Serj Sarkisyanın "Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi, ərazisidir" tipli açıqlaması da yeni psixoloji test, daha doğrusu Bakının əsəblərini sınağa çəkməyə yönəlmiş açıqlama idi.
Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesində ölkəsinin mövqelərini necə zəiflətdiyinin fərqində olmamış deyil. ATƏT-in Minsk Qrupunun vasitəçilərinin də tolerantlıq və mülayimliyinin çərçivələri ermənilər üçün böyük olsa belə, Qərblə Rusiyanın ermənilərə bağışlamayacağı məsələlər var. Onlardan biri də Yerevandakı hakim rejimin "zəruri məsləhətləşmə"lər, yəni razılaşdırmalar olmadan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərt açıqlamalar verməsidir.
Ermənistan prezidenti bunu bilir və ilk baxışdan paradoksal təsir bağışlayan bəyanatları ilə əslində, Moskva ilə Tehranın yeni geosiyasi planlarına uyğun hərəkət edir.
Bəhs olunan plan Sarkisyanın Azərbaycanla bağlı ikinci absurd bəyanatının, BMT-də səslənən nitqdəki aqressiyanın məhək daşıdır.
Təsadüfi deyil ki, BMT tribunasında danışanda S.Sarkisyan nüvə proqramı ilə bağlı İranla Qərbin əldə etdiyi anlaşmanın vacibliyindən bəhs etdi. Onun dediyinə görə, "proses dünyada və Cənubi Qafqazda stabilliklə sülhün bərqarar olmasının əsas ünsürlərindən biridir".
Maraqlıdır ki, eyni sözləri İran və Rusiyanın XİN başçıları ötən ayın sonlarında da söyləmişdilər.
Sarkisyanın həmin kəlmələri olduğu kimi BMT-də təkrarlaması Moskva-Tehran duetinin Cənubi Qafqazdakı geosiyasi panorama yeniliklər etmək istəyindən xəbər verir. İranın reginoal rolunun güclənməsi Cənubi Qafqazda qüvvələr nisbətini əhəmiyyətli şəkildə dəyişə bilər ki, bu da Ermənistanın maraqlarına bilavasitə uyğundur.
ABŞ ilə Avropa Birliyi ilə yanaşı, Türkiyənin də Cənubi Qafqazda təsir imkanlarının zəifləməsində maraqlı olan Rusiyanın müvəqqəti olaraq İranla regional tandem yaradaraq hadisələri nəzarət altına almaq olmasa da, onları "gərəkli" istiqamətə yönəltmək cəhdləri anlaşılandır.
Xüsusilə də Suriyadakı situasiyaya hərbi müdaxilə edən və prezident Bəşər Əsədin legitim hakimiyyətini qorumaq adı ilə Yaxın Şərqdə dayaq nöqtəsini itirməmək və onu daha da gücləndirmək üçün qırıcıları vasitəsilə İŞİD-i bombalamaq pərdəsi altında Suriyada iki hərbi baza yaratmağa başlamış Rusiyanın Cənubi Qafqazda da güclənmək istəyini təxirə alması ağlabatan təsir bağışlamır. Lakin bütün bunlara rəğmən, İranın Cənubi Qafqazda itirmiş mövqelərini bərpa etməsi və xüsusilə də Dağlıq Qarabağ münaqişəsi müstəvisində ""köhnə yeni oyunçu" statusuna yiyələnməsi Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiyanın da maraqları ilə köklü ziddiyyət təşkil edir.
Amma hadisələrin inkişaf məcrası göstərir ki, Ermənistan rəhbərliyinə yeni efemer vədlər verərək Yerevanı hansısa xülyalara inandırmağı bacarmış Rusiya ermənilərin vasitəsilə İranı şirnikləndirərək bölgədə statusunu bərpa edəcəyinə inandırmata can atır.
Eyni zamanda, Dağlıq Qarabağdakı cəbhə xəttində və Azərbaycan-Ermənistan sərhədində vəziyyətin mümkün qədər gərginləşdirməsində maraqlı olan Rusiya sonradan bölgəyə "beynəlxalq sülhməramlı kontingent" adı ilə hərbçilərini yerləşdirməyi planlaşdırır.
Rusiyanın istəyi İranın milli təhlükəsizliyinə təhdiddirsə, ABŞ üçün Suriya-Ukrayna geosiyasi zəncirinin həlqəsinin qırılması və yeni problemlərin yaranması deməkdir.
İndi hər şey ABŞ-ın Rusiyaya göstərdiyi təzyiqlərin formatından və həmin proseslərin Dağlıq Qarabağ münaqişəsinə təsir səviyyəsindən asılıdır.
Rusiya təsiri azaltmaq üçün əks-təsirə, yəni daha da aktivləşməyə can atır və görünən odur ki, Ermənistan yaranmış fürsətdən faydalanmağa can atır.

Orxan Hun
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor