Qaz bazarı: Azərbaycanın şansı daha çoxdur? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-10-2015, 22:29 | Şərh sayı: (0) | Baxılıb: 414
Qaz bazarı: Azərbaycanın şansı daha çoxdur?
"Azərbaycan Avropa İttifaqına 2022-2025-ci illərdən sonra qoşula bilər".
"Report" xəbər verir ki, bunu Rusiyanın "İzvestiya" nəşrinə müsahibəsində Qaz İxrac edən Ölkələr Forumunun (Qaz OPEK-i) baş katibi Seyid Məhəmməd Hüseyn Adeli bildirib.
O, Avropa ölkələrinin elan olunmuş şəkildə tədricən Rusiya qazından imtina etməsinin hansı ölkənin - Azərbaycanın, yoxsa İranın xeyrinə olmasına dair sualı belə cavablandırıb:
"Hələ ki, mən hansısa iqtisadi səbəb görmürəm. İranda hasilat dəyəri Rusiyaya nisbətdə yuxarıdır, yeni qaz nəqli kəmərləri, eləcə də, TANAP [Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan qazın Avropaya nəqli üçün Türkiyə ərazisində tikilir - red.], hələ ki, çox ləng inşa olunur. Mənim müşahidələrimə görə, İran maye təbii qaza bel bağlamaq istəyir, çünki qazı Asiyaya Ərəb dənizi vasitəsilə çatdırmaq onun üçün daha sərfəli olardı. İranın Türkiyə vasitəsilə qaz kəməri layihəsi - uzunmüddətli perspektivdir, hələ onun üçün zəmin yoxdur".
Bütün bu layihələrin nə zaman reallaşdırılacağına dair fikir bildirən baş katib, Azərbaycanın 2022-2025-ci illərdən tez olmamaq şərti ilə, İranın isə daha gec Avropa İttifaqına qoşula biləcəyini bildirib:
"Azərbaycan 2022-2025-ci illərdən sonra, İran isə daha gec Avropa İttifaqına qoşula bilər. Ümumiyyətlə, onlar Avropanın hazırkı tələbatının cəmi bir neçə faizini əvəz edə biləcəklər. Hazırda Avropa İttifaqının qaza olan tələbatının təqribən 1/3-i Rusiyanın payına düşür, TANAP-ın ortaya çıxması və maye təbii qazın spot nəqlinin artması ilə pay 25-28 faizə düşəcək, ondan aşağı olmayacaq. Bunu təkcə biz - GECF-də deyil, Aİ-də də başa düşürlər. Bizim mövqeyimizə görə, Rusiya Aİ bazarında əsas yer tutacaq".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər