İcazətnamə nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 30-10-2016, 11:01 | Şərh sayı: (0) | Baxılıb: 377
İcazətnamə nədir?
Sual: İcazətnamə nədir?
Cavab: Şagird dini təhsilin müəyyən mərhələsini keçdikdən sonra öz ustadından öyrəndiklərini tətbiq etmək barədə icazə alır. Bunu təsdiq edən sənədlərə icazətnamə deyilir. İcazətnamələr bir neçə məqsədlə verilir. Bəzi icazətnamələrdə şagirdin ictihad dərəcəsinə çatdığı və müctəhid olduğu təsdiq edilir. Bəzi icazətnamələrdə ustad öz şagirdinə hədis rəvayət etmək izni verir. Bəzən isə mərceyi-təqlid etibar etdiyi şəxsə dini vergi pullarını (xüms və zəkatı) yığmaq icazəsi barədə sənəd verir. İcazətnamələr əhatə dairəsinə görə də fərqli olur. Məsələn, bəzi icazətnamələrdə şəriətin bütün sahələrində, bəzən isə müəyyən mövzularda ictihad etmək şərt qoyulur. Hədis rəvayəti də bəzən ustadın öz şagirdinə tədris etdiyi müəyyən kitablarla məhdudlaşır. İcazətnamələr bir qayda olaraq ustadın imzası və möhrü ilə təsdiq olunur. Onların həcmi və məzmunu müxtəlif olur. Bir neçə cümlədən tutmuş bir neçə səhifəyə kimi həcmdə icazətnamələrə rast gəlinir. İzaətnamə ənənəsi bu gün də ali dini təhsilin nəticəsi kimi tətbiq olunmaqdadır. Fərqli ustadlardan ən çox sayda icazətnamə almağa nail olmuş alimlərdən biri də mərhum Ayətullah Nəcəfi Mərəşi idi; o, 450 nəfərdən artıq şəxsdən icazətnamə almışdı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər