RSS
 

Login:
Şifrə:
» » Dini kəbinin vacibliyinə dair iki fərqli rəy

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dini kəbinin vacibliyinə dair iki fərqli rəy

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 15:04 | Şərh sayı: (0) | Baxılıb: 402

Dini kəbinin vacibliyinə dair iki fərqli rəy


Dini kəbinin vacibliyinə dair iki fərqli rəy Hacı Əbdül: “Əgər iki gənc kəbinsiz yaşasa, dövlət qeydiyyatı olsa belə zina sayılır”; İlahiyyatçı Bəhruz Camal: “Bir şəxs dini kəbinin vacib olduğunu bilmirsə, ancaq dövlət nikahı ilə evlənirsə, o, günah etmiş sayılmır”
Bütün İslam ölkələrində olduğu kimi, Azərbaycanda da rəsmi dövlət nikahı ilə yanaşı dini kəbin anlayışı da var. Təbii ki, ölkəmizdə nikahın rəsmi dövlət qeydiyyatına alınması tərəflərin ər-arvad olduğunu hüquqi baxımdan təsdiq edir. Bir çoxları dini kəbinin vacib olmadığını, əsas zəruri olanın rəsmi dövlət nikahı olduğunu desə də, bunun əksini düşünüb hər iki nikahı kəsdirənlər də var. Bəzən isə sadəcə dini kəbinlə kifayətlənən qadınlar gələcəkdə müxtəlif problemlərlə üzləşirlər.

Maraqlıdır, doğrudanmı dini kəbin rəsmi dövlət nikahı qədər vacibdir və onu kəsdirməmək günah sayılır? Ümumiyyətlə, kəbinin mahiyyəti nədir, kəbin oxunarkən hansı sözlər deyilir?
“İmam Hüseyn” məscidinin axundu, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül kəbinsiz yaşamağın zina hesab edildiyini dedi: “Kəbin kəsdirmək üçün hər iki tərəfin - qızın və oğlanın razılığı olmalıdır. Hər iki tərəfin valideynləri də bizə müraciət etməlidir. Kəbin kəsmək üçün qızdan və oğlandan kəlmeyi-şəhadəti bilib bilmədikləri soruşulur. Əgər bilmirlərsə də, öyrədirik və təkrar edərək kəbin kəsilir. Kəbin dövlət nikahından da vacibdir. Dini kəbin kəsdirməyin qiyməti yoxdur. Kim nə qədər istəsə verə bilər. Hörmətlərinə görə axund öz zəhmətini halal edə bilər. Əgər iki gənc kəbinsiz yaşasa, dövlət qeydiyyatı olsa belə, zina sayılır”.

İlahiyyatçı Bəhruz Camal isə dini kəbinin vacibliyini anlamayan insanda bunun qüsur sayılmadığını bildirdi: “Bütün İslam ölkələrində din dövlətdən ayrıdır, sekulyar idarəetmə üslubuna malikdir. Belə dövlətlərdə həm rəsmi nikahlar, həm də müsəlman olduğumuza görə şəriət hökmləri baxımından kəbin mövcuddur. Dini kəbinin mahiyyəti Allah dərgahında hansısa qadın və kişini Allahın şahidliyi əsasında ər-arvad elan etməkdən ibarətdir. Əqd sözünün mənası düyün deməkdir. Mehriyyə deyilən bir rüsum var. Bu qadınların hüququdur ki, müəyyən məbləğ, hansısa əşya o qadının haqqıdır və onu özü təyin edə bilər. Həmin miqdar ya hansısa əşya kişinin boynunun borcudur. Necə ki, rəsmi nikah ər-arvadın rəsmiyyətini tanıyır və rəsmi şəkildə hər hansısa qadın və kişini ər-arvad elan edirlərsə, dini kəbinin də mahiyyəti ilahi dərgahda hansısa qadının və kişinin Allah dərgahında da ər-arvad olduğunu göstərməkdir. Buna görə də İslam ölkələrində dövlət nikahlarından əlavə el arasında deyilən ya imam nikahı, ya dini kəbin də əhəmiyyətinə görə zəruridir”.

Kəbinin geri oxunması, yəni talağ məsələsinə gəlincə isə ilahiyyatçı bunun da müəyyən şərtləri və öhdəlikləri olduğunu dedi: “Talağ məsələsi İslamda çox həssas məsələdir. Çünki hədislərimizdə də qeyd edilib ki, talağ edən şəxs Allahın dərgahını silkələmiş kimi hesab olunur. Yəni Allahın özü də talağı bəyənmir. Talağda da müəyyən öhdəliklər var. Bəzi şəriət qaydalarında boşamaq hüququ kişinin üzərindədir. Kişi xanımını boşamayınca xanım boşana bilməz. Amma əlbəttə ki, müəyyən şərtlər çərçivəsində. Adətən xanımlar psixoloji cəhətdən hər məsələdə emosional təpki göstərib boşanmaq zərurəti olmayan bir yerdə də boşanma iddiası irəli sürə bilərlər. Bu baxımdan talağ hüququ kişinin öhdəsindədir. Amma bu, o demək deyil ki, ümumiyyətlə, ailə məsuliyyətini öz üzərinə götürməyən kişi ilə xanım bir damın altında yaşamağa məcbur deyil. Bəzi istisna hallarda qadın özü də talağını tələb edə bilər. Qadın öz böyüyü ilə bunu iddia edə bilər”.

Əgər kişi kəbinin mahiyyətini anlamırsa və yalnız rəsmi dövlət nikahı ilə kifayətlənmək istəyirsə, bunun haram sayılmadığını deyən ilahiyyatçı dini kəbini istənilən vaxt kəsdirməyin mümkün olduğunu dedi: “Şəriət ölkələrində İslam qaydaları hökmdür. Səudiyyə Ərəbistanı, İran kimi ölkələrdə şəriət qayda-qanunları ön plandadır. Belə dövlətlərdə ilkin olaraq dini nikah oxunur. Amma Azərbaycan kimi ölkələrdə din alimlərinin nəzərinə görə əgər bir şəxs dini kəbinin vacib olduğunu bilmirsə, ancaq dövlət nikahı ilə evlənirsə, o adam günah etmiş sayılmır. Amma dini nikahın zəruri olduğunu anladığı vaxt həmin anladığı andan dini nikahını oxutdura bilər. Ölkəmiz müsəlman ölkəsi olduğu üçün insanlarımız bu qaydalardan xəbərdar olmalıdır. Bu gün hər hansı qadın və yaxud da kişi dövlət nikahı ilə evlənirsə və bilirsə ki, şəriət hökmünə görə, İslamın nikah forması da lazımdır, onu kəsdirməlidir. Bunun vacibliyindən xəbərdar olmayan şəxslər üzürlüdürlər. O vaxt ki, bunu anladılar, onu dərhal oxutdurmalıdırlar. Amma bizdə demək olar, bunu hamı bilir. Rəsmi dövlət nikahından sonra məscidlərə müraciət edib dini kəbinlərini də oxutdururlar”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor