Bunun dini mənası nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 8-11-2015, 21:57 | Şərh sayı: (0) | Baxılıb: 460
Bunun dini mənası nədir?
Bəzən dəfn mərasimində evdən cənazə çıxarılandan sonra arxasınca daş atırlar. Bunun dini mənası nədir?
Bu əməlin dinlə heç bir əlaqəsi yoxdur və dini mətnlərdə buna heç bir izah verilməyib. Cənazənin arxasınca daş atmaq milli adət-ənənə ilə bağlı məsələdir. Folklorda və xalq düşüncəsində belə bir inam var ki, bir adamın qayıtmaması üçün qarğış əlaməti olaraq arxasınca daş atarlar. Dilimizdə işlədilən “get, dalınca qara daş” ifadəsi də bu mənanı verir. Ölünün yaxınları cənazənin arxasınca daş atmaqla sanki arzu edirlər ki, bu, həmin evdən çıxan son cənazə olsun. Bir daha təkrar edirik ki, bu əməlin dinlə heç bir əlaqəsi yoxdur, mövhumat və xurafata əsaslanır, tərgidilməsi məsləhətdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər