Rəcm (daşqalaq) hökmünün mənbəyi nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 14-06-2016, 19:07 | Şərh sayı: (0) | Baxılıb: 320
Rəcm (daşqalaq) hökmünün mənbəyi nədir?
Sual: Rəcm (daşqalaq) hökmünün mənbəyi nədir?
Cavab: Quranda rəcmlə bağlı ayə yoxdur. Bəzi məlumatlara görə guya əvvəllər Quranda rəcmlə bağlı ayə olmuş, sonra bu ayə nəsx olaraq (qüvvədən düşərək), Peyğəmbərin tapşırığı ilə Qurandan çıxarılmışdır (bax: Sünəni-İbn Macə, Hüdud kitabı, 2553-cü hədis; Səhihi-Müslim, Hüdud kitabı, 4418-ci hədis; Səhihi-Buxari, Etisam kitabı, 7323-cü hədis və s.) Lakin bu rəvayətlər Quranın təhrifdən uzaq olması prinsıpinə uyğun gəlmədiyi üçün düzgün sayılmır. Rəcm hökmünün mənbəyi məsumların hədisləridir.
Rəcm hökmünün özünə gəlincə, keçmiş dinlərdə də bu cəza növü var idi. Mənbələrdə bildirilir ki, iudaizmdə 18 cinayət növünə görə daşqadaq edilmək cəzası nəzərdə tutulmuşdu. Bibliyada Həzrət İsa Peyğəmbərin (ə) bəzi ardıcıllarının yəhudilər tərəfindən daşqalaq edilərək öldürülməsi təsvir olunub (Həvarılərin əməlləri, VII, 54-60). Həzrət İsanın (ə) özünü də yəhudi dininə qarşı çıxdığı üçün daşqalaq etmək istəyirdilər (İohann İncili, X, 31; XI, 8). Bibliyada zina etmiş subay qızın və ərli qadının rəcm olunması barədə hökm vardır (Təsniyə, XXII, 20-24).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər