"Əhli-beytin bizim göndərdiyimiz salavata nə ehtiyacı var?" sualına ustadın cavabı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 9-03-2016, 11:59 | Şərh sayı: (0) | Baxılıb: 1813
"Əhli-beytin bizim göndərdiyimiz salavata nə ehtiyacı var?" sualına ustadın cavabı
Ustad Misbah Yəzdi yaşı 20-dən az olanda Müctəhid mərhum Hacı Mirzə Əli Həstəi İsfahani ağaya verdiyi sualı və onun cavabını belə xatırlayır:
"Əhli-beytin bizim rəhmət istəyimizə nə ehtiyacı var? Axı onlar hər növ rəhmətə malikdirlər" (Yəni Əhli-beytə (ə) salavat göndərməyə nə ehtiyac var - red.). Ustad cavanlığımı və elmdə zəifliyimi nəzərə alıb əvvəlcə məni alqışladı. Sonra düşüncəmə uyğun şəkildə dedi: “Bir bağban öz ağası üçün bağ salır. Bağdakı güllərin toxumu, su, torpaq, açmış güllər və hətta bağban özü də ağanın mülkü hesab olunur. Lakin güllər böyüdükdə, bağda gözəl mənzərə yarandıqda ağa tamaşa üçün bağa gələrkən bağban güllərdən bir dəstəsini ədəblə ona təqdim edir və xoşgəldin deyir. Əvəzində isə mükafat alır. Bu bir növ ədəb qaydasıdır. Çünki bağban və bütün güllər ağaya məxsusdur. Demək, biz salavat göndərməklə mə`sumların bağından bir gül dərib onların özünə hədiyyə edirik.” Eyni mə`nanı “və əccil fərəcəhum” cümləsinə də aid etmək olar".
(Misbah Yəzdi, "Minacatın əzəməti" kitabından)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər