“Heydəri-kərrar” sözünün mənası nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 17-07-2016, 18:08 | Şərh sayı: (0) | Baxılıb: 585
“Heydəri-kərrar” sözünün mənası nədir?
Sual: “Heydəri-kərrar” sözünün mənası nədir?
Cavab: Oxucu sual verir: “Heydəri-kərrar” sözünün mənası nədir?
Ərəb dilindən tərcümədə heydər – aslan deməkdir. Bir işi təkrar edən və nəticə alınana kimi bundan yorulmayan şəxsə isə kərrar deyirlər. Heydəri-kərrar ifadəsi dini kitablarda İmam Əliyə (ə) aid edilib. Səbəb budur ki, Heydər – o həzrətin ləqəbidir. İmam Əli (ə) döyüş meydanlarında oxuduğu rəcəzlərdə (hərbi şeirlərdə) özünü bu ləqəblə təqdim edirdi. Kərrar ləqəbini o həzrətə İslam Peyğəmbəri (s) vermişdi. Xeybər savaşında bəzi səhabələr qalanın üzərinə hücuma keçmiş, amma uğur qazana bilməyib geri dönmüşdülər. Bu zaman Peyğəmbər (s) buyurmuşdu: “Sabah döyüş bayrağını elə bir şəxsə verəcəyəm ki, Allahı və Onun Rəsulunu sevir, Allah və Rəsulu da onu sevirlər. O, təkrar-təkrar hücum edəndir, qorxub qaçan deyil”. Ertəsi gün İmam Əli (ə) Xeybər qalasının üzərinə hücuma keçdi və qalanı fəth edərək qələbə ilə geri döndü.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər