Ayətullah əl-uzma Seyid Əli Hüseyni Sistani |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-10-2015, 00:15 | Şərh sayı: (0) | Baxılıb: 1802
Ayətullah əl-uzma Seyid Əli Hüseyni Sistani
Ayətullah əl-uzma Seyid Əli Hüseyni Sistani hicri 1349-cu ilin Rəbiul-əvvəl ayında (1930, avqust) Məşhəd şəhərində dünyaya göz açmışdır. İbtidai və orta təhsilini (ərəb ədəbiyyatı, bəlağət, humanitar və dini elmləri) dəyərli ustadlardan almışdır.
Yüksək dərəcədə üsuli, fiqhi, əqli və ilahi elmləri o müqəddəs şəhərdə mühəqqiq Mirzə Mehdi İsfahani (r.ə) kimi ustadların hüzurunda tamamlayaraq təhsilini daha da təkmilləşdirmək məqsədilə hicri 1368-ci ildə müqəddəs Qum şəhərinə-elm mərkəzinə hicrət etmişdir. O günlərdə bu müqəddəs elm, mərkəzi təhsilini Ayətullah əl-uzma Seyid Hüseyn Burucerdinin əməyi və mərcəiyyətinin kölgəsi altında davam etdirirdi.
Ayətullah Seyid Burucerdinin Üsul və Fiqh dərsləri xüsusi bir metodla, təhqiq və tətbiq üzrə bütün fiqhi hədisləri və İslami fikirləri əhatə edirdi və olduqca yüksək səviyyədə aparılırdı.
Seyid Əli Hüseyni Sistani bu şəxsiyyətdən hədis və rical elmlərini tam şəkildə öyrənmiş, Ayətullah Hüccət kimi fəzilətli və məşhur ustadlardan da yetərli şəkildə bəhrələnmişdir.
Seyid Əli Hüseyni Sistani 1371 (h.q)-ci ildə Nəcəf əl-əşrəf şəhərinin məşhur ustadlarından da bəhrələnmək, İlahi və Peyğəmbər (s) elminin pak qapısı Həzrəti Əmirəl-Mö’minin Əli (ə.s)–ın yaxınlığında ola bilmək üçün Qum şəhərindən ayrılaraq İraqa getmişdir. Onun Nəcəfə gəldiyi günlərdə orada yerləşən elm mərkəzlərinin dərsləri çox yüksək səviyyədə keçirilirdi. Seyid bütün gücünü elmi əsaslara, fəqihliyə vermiş və o diyarın böyük, məşhur, təcrübəli ustadlarından çox dəyərli elmi mə’lumatlar əldə etmişdir.
Bu dəyərli şəxsiyyət on ildən artıq müddətdə fəqih və müctəhidlərin ustadı Ayətullah əl-uzma Seyid Xoyinin (quddisə sirruh) dərslərində iştirak etmiş və o günlərdə Nəcəf elm mərkəzinin müdrik ustadı və rəhbəri Həzrət Ayətullah əl-uzma Seyid Həkimdən də böyük elmi istifadələr etmişdir.
Seyid, Ayətullah əl-uzma Şeyx Hüseyn Hillinin hüzurunda bütün üsul dərslərini oxumuşdur.
O, Məşhəd, Qum və Nəcəf kimi müqəddəs elm mərkəzlərində illər boyunca elm öyrənərək üsul və fiqhdə, maarif və təhsil işləri ilə məşğul olmuş, həmçinin bir çox elmi ixtisaslarda dəyərli təcrübə kəsb etmiş və dərin elm sahibi olmuşdur.
Seyid Sistani Hicri 1381-ci ildə Şeyx Ənsari (r.ə)-ın «Məkasib» kitabından ictihad dərslərinə başladı. Belə ki, bu əsasla illərlə ictihad dərsləri verdi. Daha sonra ictihad dərslərini «Şərh» ünvanı ilə Seyid Muhəmməd Kazım Təbatəbai Yəzdinin (r.ə) «Urvətul-Vusqa»sıyla davam etdirdi. Bununla yanaşı təharət, xums və namazla bağlı bir çox məsələlərdə geniş məzmunda dərslər verdi.
Bu dəyərli şəxsiyyət, hicri 1384-cü ilin şəban ayında yüksək ictihad dərəcəsində üsul dərsləri verməyə başladı. Bu dərslərin üçüncü dövrəsini 1411-ci ilin Şə’ban ayında tamamladı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər