Bəzi din alimlərinə “imam” deyirlər. Bunun mənası nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 23-02-2016, 00:52 | Şərh sayı: (0) | Baxılıb: 2262
Bəzi din alimlərinə “imam” deyirlər. Bunun mənası nədir?

Cavab: Ərəb dilində “imam” başçı, rəhbər deməkdir. Şiə məzhəbində Allahın əmri ilə Peyğəmbərin özündən sonra ardıcıllıqla ümmətə rəhbər təyin etdiyi 12 nəfər imam sayılır. Amma “imam” kəlməsi daha geniş və ümumi mənaya malikdir. Belə ki, camaat namazına rəhbərlik edən şəxsə də “imam” və ya “imam-camaat” deyirlər. Eləcə də, bir xalqın və ya ümmətin rəhbəri olmuş, hər hansı hərəkata başçılıq etmiş şəxsiyyətlərə də “imam” ləqəbi ilə müraciət etmək ənənəsi mövcuddur (məsələn, İmam Xomeyni, İmam Şamil, İmam Qəzzali və b.) Amma bunu yuxarıda izah etdiyimiz şiə inancındakı imam anlayışı ilə qarışdırmaq olmaz. 12 imam məsumdur və Allah tərəfindən Peyğəmbərin vasitəsilə ümmətə tanıtdırılıb. Ümumi anlamdakı imamlar isə hər nə qədər şərəfli və elmli insan olsalar da, məsum deyillər. Bəzən sadəlövh insanlar, bəzən də qərəzli şəxslər “filankəs 13-cü imamdır” deyirlər. Bu söz kökündən yanlışdır və heç bir əsası yoxdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər