Xüms və vergi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 24-09-2015, 22:29 | Şərh sayı: (0) | Baxılıb: 565
Xüms və vergi
"Xüms” ilahi və ibadi bir vacibatdır. Onda Allaha yaxınlıq qəsdi mö`təbərdir. Lakin vergi xümslə ziddiyyət daşımayan, zaman və məkan şəraitinə tabe olan hökumət qanunudur. Beləliklə, vergi ödəmək xümsü əvəz edə bilməz.
Müsalihə
Sual 8: "Müsalihə” sözünü izah edin.
Əgər bir şəxs xümsün vacib olub-olmaması və ya onun miqdarı ilə bağlı şəkkə düşsə və ya xümsü ödəməklə bağlı öhdəçilik götürsə, həmin maldan istifadə üçün şər`i hakim və ya onun nümayəndəsinə müraciət edə bilər. Beləcə, şər`i hakim bu şəxsə münasib miqdarla keçinər və ya onun borclu qalmasını qəbul edər. Bu əməl "müsalihə” adlanır.
Xüms ili
Sual 9: Xüms ili nədir?
İnsanın əkinçilik, sənət, ticarət və ya müxtəlif müəssisələrdə işləməklə əldə etdiyi qazancın xümsü imam (ə) və seyidlərə məxsusdur. Bu xüms qeyb dövründə camiuş-şərait fəqihə verilməlidir. Əlbəttə ona 1 il gözləmək fürsəti verilib. Bu müddətdə özü və ya ailəsinin ehtiyacından artıq qalmış miqdarın xümsünü ilin axırınadək ödəməlidir. Bu göstəriş əslində insan yaşayışında bir növ asanlıq sayılır. Bu bir illik fürsətə "xüms ili” və ya "vergi” ili deyilir.
Ödəyib borc götürmək
Sual 10: Ödəyib borc götürmək nədir?
Şəxs əmlakına vacib olmuş xümsü bir dəfəyə ödəyə bimədikdə və ya bu işdə çətinlik çəkdikdə onu cameuş-şərait müctəhid və yaxud onun nümayəndəsinə verir; sonra həmin məbləği ondan borc alır və tədricən ödəyir. Bu iş "ödəyib borc götürmək” adlanır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər