Xaric dərslər nə deməkdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 13-01-2016, 00:14 | Şərh sayı: (0) | Baxılıb: 333
Xaric dərslər nə deməkdir?
Sual: Xaric dərslər nə deməkdir?
Cavab: Cəfəri (şiə) yönümlü dini hövzələrdə (elm mərkəzlərində) təhsilin son mərhələsi “xaric dərslər” adlanır. Ümumiyyətlə, dini təhsil üç əsas mərhələdə həyata keçirilir. İbtidai mərhələdə köməkçi fənlərə - dil, ədəbiyyat, məntiq və s.-yə xüsusi diqqət yetirilir və dini elmlərlə ilkin tanışlıq yaradılır. “Səth dərsləri” adlanan ikinci mərhələ daha dərin tədris prosesini ehtiva edir. Burada tələbələr dini elmlərlə ətraflı tanış olur və özlərinə lazım olan bilikləri mənimsəyirlər. Bu mərhələlərdən uğurla keçən tələbələr “xaric dərslərinə” buraxılırlar. Xüsusi proqram və metod xaricində keçildiyi üçün bu dərslərə həmin ad verilib. Xaric dərslərdə tələbə ictihadın əsaslarını öyrənir, ustadın ictihad metodlarını dəyərləndirir və öz araşdırmalarının sonunda gəldiyi nəticələri bəyan edir. Xaric dərslərin sonunda tələbə öz ustadından bir qayda olaraq, yazılı ictihad icazəsi alır və müctəhid sayılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər