Ata və ananın orucunun qəzası |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 10-06-2016, 18:28 | Şərh sayı: (0) | Baxılıb: 412
Ata və ananın orucunun qəzası
Sual: İtaətsizlikdən oruc tutmayan və dünyadan gedən atanın oğlunun vəzifəsi nədir?
Cavab: İmam Xomeyni və Nuri: Ata orucları qəza edə bilərdisə, orucların qəzasını yerinə yetirmək və ya onun üçün əcir tutmaq böyük oğula vacibdir.
Sistani və Vəhid: Əgər ata orucları qəza edə bilərdisə, vacib ehtiyata əsasən, onları qəza etmək və ya onun üçün əcir tutmaq böyük oğula vacibdir.
Behcət, Xamenei, Safi və Fazil: Vacib ehtiyata əsasən, böyük oğul onları özü qəza etməli və ya onun üçün əcir tutmalıdır. Atası orucları qəza edə bilməmişsə də, hökm belədir.
Məkarim: Böyük oğula onları qəza etmək vacib deyil, amma müstəhəb ehtiyat budur ki, əgər atası orucları qəza edə bilərdisə, onun tərəfindən qəza etsin və ya orucları tutdurmaq üçün əcir tutsun.
Təbrizi: Ata orucları qəza edə bilərdisə, vacib ehtiyata əsasən, böyük oğula (əgər onun üçün çətinlik və xərc olmazsa) onları qəza etmək və ya əcir tutmaq vacibdir.
Sual: Atanın qəza orucu olub-olmamasına şəkk edən böyük oğulun vəzifəsi nədir?
Cavab: Bütün müctehidlərin rə`yi: Qeyd olunmuş fərziyyədə böyük oğula bir şey vacib deyil.
Sual: Atamın bir neçə il qəza orucu var idi, amma onları yerinə yetirib-yetirmədiyini bilmirəm, bu barədə vəsiyyət də etməyib; böyük oğulun vəzifəsi nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi (Fazil və Məkarimdən başqa): Əgər böyük oğulun atanın qəza orucu olmasına yəqinliyi olarsa, vacib ehtiyata əsasən, onları qəza etməlidir.
Fazil: Əgər böyük oğulun atanın qəza orucu olmasına yəqinliyi olarsa, onları qəza etməlidir.
Məkarim: Böyük oğula onları qəza etmək vacib deyil və məsələ yaxşılığa yozulmalıdır. Düşünməlidirlər ki, ataları oruc tutmuşdur.
Sual: Evin böyük oğlu atasından sonra vəfat edərsə, atanın orucu ikinci oğulun öhdəsinə düşərmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Xeyr, başqa oğlanlara bir şey vacib deyil.
Sual: Böyük oğul atanın oruclarını qəza etmədikdə, sair oğlanlara vəzifə varmı?
Cavab: Bütün müctəhidlərin rə`yi: Başqa oğlanlara bir şey vacib deyil.
Sual: Böyük oğul dünyadan getmiş atasının mülkündən istifadə edib, onun qəza orucu üçün əcir tuta bilərmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Xeyr, böyük oğul özü gərək atasının oruclarını tutsun və ya öz malından xərcləyib onun orucları üçün əcir tutsun. Onun meyyitin malından bir şey xərcləməyə haqqı yoxdur, yalnız atası vəsiyyət edərsə, mümkün olar.
Sual: Ata vəfat etdikdə onun qəza orucu olub-olmamasını bilməyən övladların vəzifəsi nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Qeyd olunmuş fərziyyədə övladlara bir şey vacib deyil.
Sual: Həm böyük oğulun, həm də vəfat etmiş atanın qəza orucu olarsa, hansı oruc birinci yerinə yetirilməlidir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Hər iki vəzifə vacibdir və önəmlilik baxımından eynidir.
Sual: Atanın yalnız qız övladı varsa onun ölümündən sonra oruclarının qəzası böyük qız üçün vacibdirmi?
Cavab: (Safidən başqa) Bütün müctəhidlərin rə`yi: Xeyr, qız övladına atanın oruc qəzası vacib deyil.
Safi: Atanın oğlan övladı olmazsa, vacib ehtiyata əsasən, ölünün yaxınları arasındakı ən böyük oğlan orucları qəza etməlidir. Əgər oğlan övladı olmazsa, ən böyük qıza uyğun orucları qəza etmək vacibdir.
Sual: Ananın qəza orucları da böyük oğula vacibdir?
Cavab: İmam Xomeyni, Təbrizi, Sistani və Vəhid: Xeyr, vacib deyil.
Behcət, Safi, Fazil və Nuri: Vacib ehtiyata əsasən, onları yerinə yetirməlidir.
Məkarim: Orucların qəzaya verilmə səbəbi itaətsizlik deyilsə və qəza etməyə bacarığı olubsa, onları qəza etmək böyük oğula vacibdir. Amma qəzalar itaətsizlik üzündən olarsa, onları qəza etmək vacib deyil.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər