Ramazan ayında səfər |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 29-05-2016, 19:59 | Şərh sayı: (0) | Baxılıb: 888
Ramazan ayında səfər
Sual: Ramazan ayında oruc tutmamaq üçün səfərə çıxmaq olarmı?
Cavab: Bütün müctəhidlərin rə`yi:
Ramazanda səfərə çıxmağın (oruc tutmamaq məqsədi ilə olsa belə) eybi yoxdur. Amma bu iş orucluğun 23-cü gününədək məkruhdur. (bəyənilmir)
Sual: Günortadan qabaq səfərə çıxmağı qərara alan şəxsin orucunun hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi (Təbrizi və Sistanidən başqa):
Günortadan qabaq səfərə çıxanın orucu batildir. Amma tərəxxüs həddinə çatmazdan qabaq orucunu aça bilməz.
Təbrizi: Əgər gecənin əvvəlindən səfərə çıxmaq qərarı olsa və günortadan qabaq səfərə çıxsa, orucu batildir və tərəxxüs həddinə çatmamışdan qabaq orucunu aça bilməz. Günortadan qabaq səfərə çıxmaq fikri olsa vacib ehtiyata görə oruc tutmalıdır.
Sistani: Günortadan qabaq səfərə çıxsa, vacib ehtiyata əsasən orucunu açsın; amma tərəxxüs həddinə çatmamışdan qabaq orucunu aça bilməz.
Sual: Ramazan ayında səfərə çıxan şəxs qəzadan əlavə kəffarə də (cərimə) ödəməlidirmi?
Cavab: Bütün müctəhidlərin rə`yi:
Xeyr, təkcə orucların qəzası vacibdir və kəffarə ödəmək lazım deyil; amma orucların qəzasını növbəti ramazan ayına qədər tə`xirə salarsa, tə`xirə saldığı hər bir gün üçün bir mudd təam kəffarə ödəsin.
Sual: Səfərdə qəza oruclarını tutmaq düzgündürmü?
Cavab: Bütün müctəhidlərin rə`yi:
Xeyr, caiz deyil.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər