Ramazan ayının qəza orucunu tutan adam gün ərzində orucunu poza bilərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 1-05-2016, 15:36 | Şərh sayı: (0) | Baxılıb: 384
Ramazan ayının qəza orucunu tutan adam gün ərzində orucunu poza bilərmi?
Sual: Ramazan ayının qəza orucunu tutan adam gün ərzində orucunu poza bilərmi?
Cavab: Əgər Ramazan ayında tutmadığı orucun qəzasını başqa bir gündə tutmaq istəsə, günortaya (zöhr vaxtına) kimi orucunu poza bilər və bu zaman nə qəza, nə də kəffarə ona vacib deyil. Əlbəttə, burada nəzərə almaq lazımdır ki, qəza orucu üçün vaxtı geniş olsun. Yəni bu gün orucunu pozarsa, sabah onu qəza etməyə vaxtı və imkanı olsun. Amma məsələn, keçən Ramazandan bir gün qəza borcu varsa, builki Ramazanın da gəlişinə bircə gün qalıbsa, qəza orucunu başqa günə keçirməyə vaxtı yoxdur. Bu halda günortadan qabaq orucunu pozması ehtiyata görə düzgün deyil. Bunlar günortaya kimi orucu pozmağa aiddir. Amma əgər günortadan (zöhrdən) sonra qəza orucunu pozsa, bu halda 10 nəfər fəqirə yemək verməlidir. Əgər buna imkanı yoxdursa, üç gün ardıcıl oruc tutmalıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər