Oruc tutan şəxsin qüslünün batil olması |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 4-06-2016, 14:51 | Şərh sayı: (0) | Baxılıb: 557
Oruc tutan şəxsin qüslünün batil olması

Cavab: Bütün müctəhidlərin rə`yi (Safi və Vəhiddən başqa): Bu fərziyyədə (baxmayaraq qüslü tə`xirə salmaq günahdır) sübh azanından qabaq təyəmmüm edərsə, orucu düzdür.
Safi və Vəhid: Bu fərziyyədə (baxmayaraq ki, qüslü tə`xirə salmaq günahdır) vacib ehtiyata əsasən, təyəmmüm etsin, oruc tutsun və onun qəzasını da yerinə yetirsin.
Sual: Qüsl edərkən ayağının altını yumalı olduğunu bilməyən şəxs dəfələrlə bu qaydada qüsl etmişdir. Onun keçmiş namaz və oruclarının hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Suyun ayağın altına çatmadığını bilirsə, gərək qıldığı namazları qəza etsin; amma orucların qəzası yoxdur.
Sual: Bir müddət səhv qüsl etmişəm və həmin qüsllə oruc tutub, namaz qılmışam. Bu halda oruc və namazlarımı qəza etməliyəmmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Orucların qəzası yoxdur, amma gərək namazları qəza edəsiniz.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər