RSS
 

Login:
Şifrə:
» » Orucu batil edənlər

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Orucu batil edənlər

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 31-05-2016, 20:02 | Şərh sayı: (0) | Baxılıb: 937

Orucu batil edənlər


Orucu batil edənlərSual: Yeməyi dadmaq orucu batil edərmi?

Cavab: ütün müctəhidlərin rə`yi: Əgər onu udmazsa eybi yoxdur.


Sual: Damaq xəstə olduğuna görə ondan bir az qan gəlir. Bə`zən özündən ixtiyarsız onu udur. Orucu batildirmi?

Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər bilmədən və özündən ixtiyarsız udarsa, orucu düzdür.


Sual: Bə`zən damaqdan qan gəlir və ağız suyu ilə qarışır. Onu udduqda oruc batil olurmu?

Cavab: Bütün müctəhidlərin rə`yi (Təbrizi, Safi və Nuridən başqa): Əgər damaq qanı ağız suyunda həll olarsa, onu udmaq orucu batil etmir.

Təbrizi və Safi: Əgər damaq qanı ağız suyunda həll olarsa, vacib ehtiyata əsasən udmasın və tüpürsün.

Nuri: Ağız suyu ilə həll olarsa da onu udmağa icazə yoxdur.


Sual: Gündəlik diş arasında qalan yeməyi udduğunu bilən və ya ehtimal verən şəxsə səhər çağı dişlərini fırçalamaq lazımdırmı?

Cavab: İmam Xomeyni, Xamenei və Təbrizi: Əgər ehtimal həddində olarsa, eybi yoxdur. Amma gündə bir qırıntının udulmasını bilərsə, gərək dişlərini fırçalasın. Əgər bunu etməzsə və ondan bir qırıq udarsa, orucu batil olar. Əgər udmazsa, vacib ehtiyata əsasən, gərək onun qəzasını tutsun.

Behcət, Təbrizi, Sistani, Safi və Fazil: Ehtimal həddində olarsa, eybi yoxdur; amma gündə ondan bir qırıq udduğunu bilərsə, gərək dişlərini ya xilal, ya fırça ilə təmizləsin. Əgər bunu etməzsə orucu batildir. (Ondan bir qırıq udmasa da.)

Məkarim: Əgər ehtimal edərsə, eybi yoxdur. Amma gündə ondan bir qırıq udduğunu bilərsə, vacib ehtiyata əsasən, gərək dişlərini fırçalasın və unudub bir şey udarsa orucu batildir, ramazan ayından sonra qəzasını tutmalıdır.

Vəhid: Əgər ehtimal edərsə, eybi yoxdur. Amma gündə ondan bir qırıq udduğuna əmin olarsa, gərək dişlərini təmizləsin. Bu işi etmədikdə və bir şey udduqda orucu batil olar.


Sual: Oruc tutan şəxs unutmaq nəticəsində bir şey yeyərsə, onun yadına salmaq vacibdirmi?

Cavab: Bütün müctəhidlərin rə`yi: Xeyr, ona demək vacib deyil.


Sual: Oruc tutan şəxsin qarqara etməsinin hökmü nədir?

Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər qarqara edən zaman su boğazdan aşağı gedərsə, orucu batil olar.


Sual: Saqqız çeynəməyin oruc tutan şəxs üçün hökmü nədir?

Cavab: Bütün müctəhidlərin rə`yi: Eybi vardır.


Sual: Bəlğəmi udmaq orucu batil edirmi?

Cavab: (Behcət və Sistanidən başqa) Bütün müctəhidlərin rə`yi: Bəlğəmi udmaq, nə qədər ki, ağızın fəzasına çatmayıb eybi yoxdur; amma ağız fəzasına çatarsa, vacib ehtiyat budur ki, onu udmasın.

Behcət: Bəlğəmi udmaq oruc olmayan günlərdə əgər adi bir iş olarsa və ağız fəzasına çatmazsa, eybi yoxdur, amma ağız fəzasına çatarsa, vacib ehtiyat budur ki, onu udmasın.

Sistani: Bəlğəmi udmağın (ağız fəzasına çatmasına baxmayaraq) eybi yoxdur, amma ağız fəzasına çatarsa, müstəhəb ehtiyat budur ki, onu udmasın.

Qeyd: Ağız və boğaz fəzasının səddi «x» hərfinin məxrəcidir.


Sual: Ramazan ayında həkimin oruc tutan şəxsin dişini doldurmasının hökmü nədir?

Cavab: Bütün müctəhidlərin rə`yi: Ramazan ayında diş həkimləri üçün diş doldurmaq, müalicə etmək və diş çəkməyə icazə vardır. Oruc tutan şəxs qanın və aparat vasitəsi ilə ağıza ötürülən suyun udulmamasına əmindirsə, bu iş caizdir.


Sual: Oruc halında diş pastası ilə diş fırçalamağın eybi varmı?

Cavab: Bütün müctəhidlərin rə`yi: Xeyr, eybi yoxdur. Amma gərək ağız suyunun içəri daxil olmasının qarşısı alınsın.


Sual: Oruc halda tərkibində florayd və nanə tamı (dadı) olan diş təmizləyən sapdan istifadə etməyin hökmü nədir?

Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər ağız suyunu udmazsa, eybi yoxdur.


Sual: Ramazan ayı oruc halda iynə vurdurmaq olarmı?

Cavab: İmam Xomeyni, Behcət və Xamenei: Əgər iynənin gücləndirici və qidalandırıcı tə`siri olarsa, vacib ehtiyata əsasən, bu işi etməkdən çəkinməlidir. Amma əgər iynənin müalicəvi (dərman) və ya hansısa bədən üzvünü keyləşdirmə tə`siri olarsa, qəbul etməyin eybi yoxdur.

Fazil: Əgər iynənin gücləndirici və qidalandırıcı rolu olarsa, gərək onu qəbul etməkdən çəkinsin. Amma müalicəvi və bədən üzvünü keyitmək xassəsi olarsa, onu qəbul etməyin eybi yoxdur.

Məkarim: Əgər iynənin müalicəvi, gücləndirici və qidalandırıcı rolu olarsa, vacib ehtiyata əsasən gərək onu qəbul etməkdən çəkinsin. Amma keyidici rolu olarsa, eybi yoxdur.

Təbrizi, Sistani, Safi, Nuri və Vəhid: Müalicəvi, gücləndirici, qidalandırıcı və bu kimi başqa iynələr qəbul etmək orucu batil etmir.


Sual: Ramazan ayı oruc halda bədənə sistem köçürməyin hökmü nədir?

Cavab: İmam Xomeyni, Təbrizi, Xamenei, Məkarim və Vəhid: Vacib ehtiyata əsasən, gərək bədənə sistem köçürməkdən çəkinsin. İstər gücləndirici və qidalandırıcı, istərsə də müalicəvi tə`sirli iynə olsun.

Sistani, Safi, Nuri: Gücləndirici, qidalandırıcı və müalicəvi tə`sirinə baxmayaraq, bədənə sistem köçürmək orucu batil etmir.

Fazil: Bədənə sistem köçürmək əgər gücləndirici və qidalandırıcı olarsa, ondan çəkinməlidir. Amma müalicəvi və bu kimi başqa tə`sirə malik olarsa, eybi yoxdur.

Behcət: Bədənə sistem köçürmək orucu batil edir.


Sual: Gözə dərman (göz dərmanı) tökmək orucu batil edirmi?

Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər tökülən dərman həlqə (yeməyin ağızdan mədəyə keçdiyi hissəyə) çatsa və ya çatmasa, içəri daxil olmazsa, orucu batil etməz.


Sual: Mübarək ramazan ayında şampun, vitaminli krem və pomadadan istifadə etməyə icazə varmı?

Cavab: Bütün müctəhidlərin rə`yi: Qeyd olunan işlərdən heç biri orucu batil etmir. Amma pomadadan elə istifadə etməlidir ki, ağıza daxil olmasın və içəri ötürülməsin.


Sual: Ramazan ayında oruc tutan şəxsin ətirdən istifadə etməsinin hökmü nədir?

Cavab: Bütün müctəhidlərin rə`yi: Ətirdən istifadə etmək oruc tutan şəxs üçün müstəhəbdir. Amma ətirli bitkiləri qoxulamaq məkruhdur.


Sual: Oruc tutan şəxsin qan hədiyyə etməsinin hökmü nədir?

Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər qan vermək bədənin zəifləməsinə səbəb olarsa məkruhdur.


Sual: Oruc halda başı su kranının altında yumağın hökmü nədir?

Cavab: Müctəhidlərin rə`yi: Başı suyun altına bir dəfə tam salmaq orucu batil edir. Amma duş və su kranının altında baş yumağın eybi yoxdur.


Sual: Su altına məxsus skafandrdan istifadə etməklə suya batan şəxslərin orucunun hökmü nədir?

Cavab: Bütün müctəhidlərin rə`yi: Baş əgər sudan mühafizə edən bir örtükdədirsə, oruc batil olmur.


Sual: Əgər oruc tutan şəxs ürək bulanması səbəbindən qusarsa, onun orucunun hökmü nədir?

Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər özündən ixtiyarsız olarsa, eybi yoxdur. Amma qəsdən olarsa, oruc batildir.


Sual: Oruc tutan şəxsin su buxarını nəfəs vasitəsilə udmasının hökmü nədir?

Cavab: Bütün müctəhidlərin rə`yi: Hamam suyunun buxarı orucu batil etmir.


Sual: Oruc halda siqaret və tənbəki çəkməyin hökmü nədir?

Cavab: Bütün müctəhidlərin rə`yi: Vacib ehtiyat budur ki, oruc tutan şəxs siqaret və tənbəki tüstüsündən qorunsun.


Sual: Oruc tutan şəxsin boğazına nəqliyyat vasitəsinin tüstüsü daxil olarsa, onun orucu batil olarmı?

Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər qalın tüstünün boğaza çatmaması inamı ilə nəqliyyat vasitəsinin kənarında durarsa və tüstü qəfil surətdə boğazına çatarsa, orucu düzdür.


Sual: Müalicə üçün aerazol cihazından istifadə etmək (yə`ni onu nəfəs vasitəsi ilə qəbul etmək) orucu batil edərmi?

Cavab: (Behcətdən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər buxar qatı halda olarsa, vacib ehtiyata əsasən, onu boğazına çatdırmamalıdır. Əgər buxar ağız fəzasına su şəklində toplaşarsa, gərək onu udmasın.

Behcət: Buxar qatı olarsa, gərək boğazına çatdırmasın. Əgər buxar ağız fəzasında su şəklində cəm olarsa, gərək onu udmasın.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor