Ata və ananın qəza namazları |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 16-04-2015, 04:46 | Şərh sayı: (0) | Baxılıb: 2014
Ata və ananın qəza namazları
1) Ata və ana vəfat etdikdən sonra onların qəza namazlarını qılmaq böyük oğula vacibdir. Bu şərtlə ki, ata və ana, namazlarını Allaha itaətsizlik məqsədilə qəza etməsinlər. Hətta əgər itaətsizlik məqsədilə olsa belə, ehtiyati-müstəhəbə görə yenə də böyük oğul valideynlərinin qəza namazını qılmalıdır.
2) Əgər ata və ana ömür boyu əsla namaz qılmayıblarsa, vacib ehtiyata görə yenə də onların qəza namazları böyük oğula vacibdir.
3) Böyük oğul dedikdə, ata və ana vəfat etdikdən sonra həyatda olan böyük oğul övladı nəzərdə tutulur. Deməli, əgər ailənin böyük oğlu ata və anadan qabaq vəfat etsə, istər büluğ həddinə yetişmiş olsun, istərsə də yetişməmiş, ata və ananın qəza namazları onlar vəfat etdikdən sonra həyatda olan böyük oğula vacib olur.
4) Böyük oğul dedikdə, mərhumun oğlan övladları arasında ən böyüyü nəzərdə tutulur. Deməli, əgər mərhumun böyük övladı qız və ikinci övladı oğlandırsa, valideynlərin qəza namazı ailənin ikinci övladı, eyni zamanda böyük oğul sayılan oğlana vacibdir.
5) Ata və ananın qəza namazları böyük oğula vacib olsa da başqası qıldığı halda böyük oğlun boynundan götürülür.
6) Böyük oğula vacibdir ki, bildiyi və əmin olduğu qədər ata-anasının qəza namazlarını qılsın. Əgər o, ata-anasının qəza namazı olub-olmadığını bilməsə, ona heç nə vacib olmur və maraqlanmaq və təhqiqat aparmaq da lazım deyildir.
7) Böyük oğula vacibdir ki, ata və anasının qəza namazlarını mümkün olduğu hər bir şəkildə yerinə yetirsin.
Əgər özü yerinə yetirməyə qadir olmasa və başqasına da pul ilə qıldırmağa imkanı olmasa, üzrlü sayılır.
8) Həm özünün qəza namazları olan, həm də ata-anasının qəza namaz-ları ona vacib olan şəxs, hansını istəsə qıla bilər. Yəni, hansı birini qılsa, düzdür.
9) Əgər böyük oğul ata və anası vəfat etdikdən sonra vəfat etsə, digər övladların boynuna məsulyyət düşmür.
Deməli, ata-ananın qəza namazları böyük oğlun oğluna (nəvəyə) və ya qardaşına vacıb olmur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər