Ər-arvad əlaqələri |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 4-06-2016, 18:46 | Şərh sayı: (0) | Baxılıb: 1179
Ər-arvad əlaqələri
Sual: Oruc tuta bilməyən bir kişi oruc tutmuş arvadı ilə yaxınlıq edə bilərmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Xeyr, icazə yoxdur.
Sual: Oruc şəxsin öz zövcəsi ilə arxadan yaxınlığı orucu batil edirmi?
Cavab: (Məkarimdən başqa) Bütün müctəhidlərin rə`yi: Bəli, orucu batil edir.
Məkarim: Vacib ehtiyata əsasən, orucu batil edir.
Sual: Cinsi yaxınlığın orucu batil etdiyini bilməyən ər-arvad yaxınlıq edərsə, vəzifələri nədir?
Cavab: İmam Xomeyni, Safi və Nuri: Əgər nadanlıq elə bir həddə çatsa ki, orucun batil olması ehtimal edilməyə, kəffarə vacib deyil. Amma vacib ehtiyata əsasən, gərək orucları qəza etsinlər.
Təbrizi, Sistani və Vəhid: Gərək orucları qəza etsin, amma kəffarə vacib deyil.
Behcət, Xamenei və Fazil: Nadanlıq elə bir həddə olsa ki, orucun batil olması ehtimal edilməyə, kəffarə vacib deyil. Amma gərək orucu qəza etsinlər.
Məkarim: Vacib ehtiyata əsasən, gərək orucları qəza etsinlər. Amma kəffarə vacib deyil.
Sual: Oruc tutan qadınlardan ərləri ilə mazaqlaşan zaman xaric olan yaşlığın hökmü nədir? Onların orucu batil olurmu?
Cavab: Bütün müctəhidlərin rə`yi: Nəzərdə tutulan yaşlıq pakdır və orucu batil etmir.
Sual: Ramazan ayında insan öz həyat yoldaşı ilə mazaqlaşa bilərmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Sperma gətirmək məqsədi olmadan həyat yoldaşı ilə mazaqlaşarsa, (sperma xaric olmayacağına əmin olsa) eybi yoxdur və hər ikisinin orucları düzdür. Gözlənilmədən sperma xaric olarsa, eybi yoxdur.
Sual: Yeni ailə həyatı qurmuş oğlan və qız ramazan ayında bal ayı üçün səfərə gedərsə, onların gün ərzində cinsi yaxınlığı haramdırmı?
Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər müəyyən bir yerdə on gün qalmaq niyyəti olmasa, ramazan ayında səfərdə cinsi yaxınlıq haram deyil. Lakin bu məkruh (xoşagəlməz) bir iş sayılır.
Sual: Qadın həkiminin hamilə və oruc olan qadını müalicə etməsi (məsələn, əlini bətnə salması) orucu batil edirmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Xeyr, orucu batil etmir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər