Cənabət və qəza orucu |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-06-2016, 18:24 | Şərh sayı: (0) | Baxılıb: 681
Cənabət və qəza orucu
Sual: Ramazan ayının qəza orucunu tutmaq istəyən şəxs sübh azanından sonra oyanır və cənabətli olduğunu görür. Həmin gün oruc tuta bilərmi?
Cavab: İmam Xomeyni və Nuri: Əgər sübh azanından sonra cənabətli olarsa, oruc tuta bilər. Amma əgər sübh azanından qabaq cənabətli olarsa, həmin gün oruc tuta bilməz.
Təbrizi Sistani və Vəhid: Həmin gün oruc tuta bilər.
Məkarim: Əgər orucun qəza vaxtı dar deyilsə, vacib ehtiyata əsasən, gərək başqa gün oruc tutsun. Amma vaxt olmazsa, (misal üçün beş gün qəza orucu olarsa və beş gündən də artıq ramazan ayına vaxt qalmadıqda) həmin günü oruc tutsun və orucu düzdür.
Safi və Fazil: Əgər orucun qəzasını tutmaq vaxtı dar deyilsə, gərək başqa bir gün oruc tutsun. Amma əgər vaxt dardırsa, (misal üçün beş gün qəza orucu boynunda vardır və beş gündən də artıq ramazan ayına vaxt qalmırsa) vacib ehtiyata əsasən, gərək həmin gün oruc tutsun və ramazandan sonra da qəza etsin. Amma vaxt dar deyilsə, orucu batildir və başqa bir gün oruc tutmalıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər