Oruc tutan şəxsin cənabətli olması |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-06-2016, 19:33 | Şərh sayı: (0) | Baxılıb: 779
Oruc tutan şəxsin cənabətli olması
Sual: Gündüz yatarkən, adətən, möhtəlim olan bir cavan ramazan ayında gündüz yata bilərmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Bəli, gündüz yata bilər. Yuxuda möhtəlim olacağını bilsə də, orucu səhihdir.
Sual: Sübh namazından sonra möhtəlim olan və gün batana qədər qüsl etməyən şəxsin orucunun hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Tələsik qüsl etməyi lazım deyil və orucu səhihdir. Amma namaz üçün gərək qüsl etsin.
Sual: Bir neçə il cənabətli halda namaz qılıb, oruc tutmuşam. Hansı ki, «cənabətli şəxs qüsl etməlidir» hökmünü bilmirdim. Mənim vəzifəm nədir?
Cavab: İmam Xomeyni, Behcət, Təbrizi, Məkarim və Vəhid: Cənabətli halda qıldığı namazları və tutduğu orucları gərək qəza etsin.
Sistani, Safi və Fazil: Əgər məsələləri öyrənməkdə səhlənkarlıq etməmisinizsə, oruclar düzdür və qəzası yoxdur. Amma cünub halda qıldığınız namazları qəza etməlisiniz.
Qeyd: Namazda təharət həqiqi şərtdir; bu baxımdan diqqətsizlik üzündən təharətsiz namaz qılarsa namazı batildir.
Sual: Bir şəxs bir müddət oruc tutub, namaz qılmışsa, sonradan cənabətli olduğunu bildikdə vəzifəsi nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər cənabət məsələsindən xəbərsiz olubsa, orucları düzdür. Amma namazları gərək qəza etsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər