Qəza və kəffarə |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 8-06-2016, 19:56 | Şərh sayı: (0) | Baxılıb: 437
Qəza və kəffarə
Sual: Ramazan ayının orucunun qəzası və kəffarəsi fasiləsiz yerinə yetirilməlidirmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Orucun qəzasını fasiləsiz yerinə yetirmək lazım deyil. Amma kəffarə olaraq 2 ay oruc tutmaq qərara alınmışsa, onun bir ayı və o biri aydan bir günü ardıcıl fasilə vermədən oruc tutulmalıdır.
Qeyd: Ayətullah Məkarim orucun kəffarəsinin ardıcıl və fasiləsiz olmasını vacib ehtiyat sayır.
Sual: Xəstəlik səbəbindən ramazan ayının orucunu tuta bilməyən şəxs onun qəzasını bir neçə il tə`xirə saldıqda hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər onun xəstəliyi il arasında sağalarsa, gərək orucları qəza etsin. Əgər növbəti ilə qalarsa, orucların qəzasından əlavə, gərək hər gün üçün yoxsula bir müdd təam versin. Amma onun xəstəliyi növbəti ilə qədər davam edərsə yalnız hər gün üçün yoxsula bir müdd təam verməlidir.
Sual: Ramazan ayında bir müddət oruc tutmayan və oruclarının sayını bilməyən şəxsin hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Ən az bildiyiniz miqdarla kifayətlənə bilərsiniz; yə`ni qədərini bildiyiniz orucların sayı kifayətləndiyiniz miqdardan az olmasın.
Sual: Ramazan ayının qəza orucunu tutmaqda səhlənkarlıq edən və hazırda xəstəliyə görə onu yerinə yetirə bilməyən şəxsin vəzifəsi nədir?
Cavab: (Sistanidən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər orucları qəza etməkdə səhlənkarlıq etsə və növbəti ramazana qədər yerinə yetirə bilməsə, gərək yoxsula hər gün üçün bir müdd təam versin və bacardığı vaxt onları qəza etsin.
Sistani: Orucların qəzasında səhlənkarlıq edərsə və onların qəzasını növbəti ramazana qədər tuta bilməzsə, vacib ehtiyata əsasən, hər gün üçün yoxsula bir müdd təm verməlidir və bacardığı vaxt orucları qəza etməlidir.
Sual: Qəza orucu tutan şəxs hansısa səbəbdən onu batil edə bilərmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Günortadan qabaq orucu yemək olar. Amma günortadan sonra orucu yemək caiz deyil. Əgər günortadan sonra yeyərsə, gərək kəffarə versin. Kəffarə miqdarı yoxsula veriləsi 10 müdd (hər yoxsula bir müdd) təamdır.
Sual: Oruc tutan şəxsin namazı qəzaya gedərsə, orucu düzdürmü?
Cavab: Bütün müctəhidlərin rə`yi: Bəli, orucu düzdür və gərək namazını qəza etsin.
Sual: Qəza orucu olub-olmamasını bilməyən şəxs «boynunda qalmış oruc» adı ilə oruc tuta bilərmi? Yə`ni, qəza orucu niyyət edib onu yerinə yetirsin, əgər orucu olmazsa, müstəhəb orucdan sayılsın.
Cavab: Bütün müctəhidlərin rə`yi: Bəli, bu niyyətlə oruc tuta bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər