Orucun niyyətini unutmaq |
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 14-06-2015, 18:35 | Şərh sayı: (0) | Baxılıb: 1068
Orucun niyyətini unutmaq
Sual 16: Ramazan ayının birinci gecəsi orucun niyyəti yaddan çıxarsa və günortadan qabaq yada düşərsə, bu halda orucun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Təbrizi və Vəhiddən başqa):
Orucu batil edən əməllər etməyibsə, niyyət etməlidir. Və orucu düzdür. Amma orucu batil edən əməllərdən birini edərsə, orucu batildir. Lakin (ramazan ayının hörmətinə xatir) şam azanına qədər batil edən əməllərdən çəkinsin və ramazan ayından sonra o günün qəzasını tutsun.
Təbrizi və Vəhid:
Orucu batil edən əməlləri etməyibsə, gərək niyyət edib oruc tutsun və vacib ehtiyata əsasən ramazan ayından sonra da həmin günü qəza etsin. Amma orucu batil edən əməllərdən birini etmiş olarsa, orucu batildir. Gərək ramazan ayının hörmətinə şam azanına qədər orucu batil edən əməllərdən çəkinsin və ramazan ayından sonra həmin günün qəzasını tutsun.
Sual 18: Əgər bir şəxs «hələ sübh azanı olmayıb» gümanı ilə yemək yeməyə məşğul olarsa və sonradan bilərsə ki, sübh azanının vaxtı keçmişdir, orucunun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Ayətullah Behcətdən başqa):
Əgər fəcrin tülusu haqda axtarış etmədən yemək yeməyə məşğul olarsa, orucu batildir və gərək onu qəza etsin.
Ayətullah Behcət:
Əgər fəcrin tülusunda axtarış aparmadan yemək yeməyə məşğul olarsa, vacib ehtiyata əsasən, orucu batildir və onun qəzasını tutmalıdır.
Qeyd: Belə ki, qeyd etdiyimiz şəxsin orucu batildir və onun məğribə qədər orucunu açmağa və onu batil edən əməllər etməyə haqqı yoxdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər