Qəza orucu olan və üç mübarək ayın orucunun savabından da məhrum olmaq istəməyən adam nə etsin? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 13-04-2016, 22:09 | Şərh sayı: (0) | Baxılıb: 1114
Qəza orucu olan və üç mübarək ayın orucunun savabından da məhrum olmaq istəməyən adam nə etsin?
Sual: İnsanın boynunda qəza orucları var. Amma üç mübarək ayın orucunun savabından da məhrum olmaq istəmir. Bu adam nə etsin?
Cavab: İslam dininə görə, Ramazan ayında oruc tutmaq vacib, qalan günlərdə oruc tutmaq isə müstəhəbdir. Vacib Ramazan orucundan qəzası olan adam əvvəlcə qəzalarını tutmalıdır, yalnız bundan sonra müstəhəb oruclara keçə bilər. Amma rəcəb və şəban aylarında oruc tutmağın da çoxlu savabı var. Bu savabdan məhrum olmamaq üçün adam həmin mübarək aylarda qəza niyyəti ilə oruc tuta bilər. Yəni rəcəb və şəban aylarında oruc tutanda gərək vaxtilə tutmadığı orucların qəzasını niyyət etsin. Bu halda həm öz vacib vəzifəsini yerinə yetirib borcdan azad olar, həm də mübarək ayların oruc savabını da müəyyən səviyyədə əldə edər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər