Rusiyada yaşayan müsəlman orada bişirilən çörəyi yeyə bilərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 20-04-2016, 05:34 | Şərh sayı: (0) | Baxılıb: 371
Rusiyada yaşayan müsəlman orada bişirilən çörəyi yeyə bilərmi?

Cavab: Keçmiş şiə müctəhidlərinin əksəriyyəti əhli-kitab da daxil olmaqla bütün qeryri-müsəlmanları zatən qeyri-pak sayırdılar. Bu nəzəriyyəyə görə, onların yaş əllə toxunduqları hər şey pak olunmalı idi. Lakin şiə məzhəbində hakim olan müasir mövqeyə görə, əhli-kitab mənsubları zatən pakdırlar, onlara yaş halda toxunmaq da murdarlıq gətirməz. Hətta bəzi müctəhidlər və əksər əhli-sünnə alimləri dinindən, əqidəsindən asılı olmayaraq, bütün insanların zatən pak olduqlarını və heç kəsin əqidəsinə görə murdar sayıla bilmədiyini söyləyirlər. Beləliklə, hal-hazırda müsəlman alimlərin böyük əksəriyyəti əhli-kitabı pak bilir. Buna görə də onların bişirdiyi qidanı (əgər tərkibində haram maddələr yoxdursa) yeməyin maneçiliyi yoxdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər